YAP ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib - FOTOLAR

YAP ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib - FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib. İclası YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq müzakirə olunacaq məsələləri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.YAP ərazi təşkilatlarında üzvlük haqqının toplanması, YAP sıralarına qəbul, sənədlərlə işin vəziyyəti və s. cari məsələlər müzakirə edildikdən sonra qarşıda duran vəzifələrin icrası ilə əlaqədar R.Əhmədov tərəfindən yığıncaq iştirakçılarına tapşırıq və tövsiyələr verildi.

Qarşıya çıxan problemlərin operativ qaydada həll edilməsi, həmçinin YAP üzvləri və ictimaiyyatla əlaqələrin yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə operativ qaydada cavab verilməsi məqsədilə rayon təşkilatında daimi fəaliyyət göstərən qaynar xəttin (275-03-00) açılması ərazi təşkilat sədrlərinin diqqətinə çatdırılıb, bu barədə bütün YAP üzvlərinə məlumat verilməsi tövsiyə olunub. Yığıncağın sonunda doğum günü münasibətilə partiya işində uzunmüddətli və səmərəli fəaliyyətinə görə YAP Nəcəfqulubəyli ərazi təşkilatının sədri Elçin Qurbanov rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə