ABŞ Dövlət Departamenti: Azərbaycanda onlarla qəbirstanlıq dağıdılıb AKTUAL+ŞƏRH

ABŞ Dövlət Departamenti: Azərbaycanda onlarla qəbirstanlıq dağıdılıb AKTUAL+ŞƏRH

Bütün bu faktlar isə məhz Beynəlxalq İnsan Haqları məhkəməsində Ermənistana qarşı qaldırılacaq və qarşı tərəf törətdiyi insani cinayətlərinə görə hüquqi cavabını verməli olacaq

44 günlük Zəfər yürüşündən sonra işğaldan azad edilmiş ərazilərimizdə erməni vandallığını əks etdirən yüzlərlə məkanlarımız dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Tarixi abidələrimizdən tutmuş qəbirstanlıqlaımıza qədər - azərbaycanlılara məxsus evlər, mədəniyyət incilərimiz, demək olar ki, tamamilə yer üzündən silinmişdir.

O cümlədən, gəlinən dəhşətli nəticələrdən biri də birinci Qarabağ müharibəsi dövründə erməni faşistlərinin insanlarımıza qarşı apardıqları soyqırımı, kütləvi qətliam faktlarının təsbit olunmasıdır. Belə ki, bir sıra rayon və kəndlərimizdə aşkara çıxarılan kütləvi məzarlıqlar da həmin amilləri sübuta yetirməkdədir. Əbəs deyil ki, Azərbaycana gələn xarici media nümayəndələri, ekspert qrupları yerlərə aparılır və onlara həmin dəlillər isbat olaraq göstərilir. Artıq bu haqda bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda, qurumlarda, KİV-lərdə informasiyalar yer tutmuşdur.

Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələri bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirib və işgəncələrə, ləyaqəti alçaldan rəftarlara məruz qoyublar və buna dair məlumatlar qeyd edilən hesabatda vurğulanıb

Bu arada, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Ermənistanın Azərbaycana qarşı vəhşilikləri haqqında bir sıra informasiyalar qeyd edilib. SİA-ya daxil olan məlumata görə, hesabatın Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələri bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirib və işgəncələrə, ləyaqəti alçaldan rəftarlara məruz qoyublar və buna dair məlumatlar qeyd edilən hesabatda vurğulanıb.

Bundan əlavə, ABŞ Dövlət Departamentinin sözügedən hesabatında bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb.

Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutların da üzə çıxması barədə informasiyalar verilib

Qeyd edək ki, buna qədər artıq həmin ərazilərdə bir neçə kütləvi məzarlıq aşkara çıxarılıb, öldürülmüş insanlarımızın qalıqları ekskumasiya edilərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNA analizinə verilib.

Eləcə də, Xocalı rayonunun Fərrux dağı istiqamətində də insanlarımızın qalıqları aşkar edilib və araşdırmalara başlanılıb. Ümid edirik ki, ABŞ Dövlət Departamentinin növbəti hesabatında Ermənistana aid olan bölmələrdə üzə çıxan bu faktlar barəsində də vurğulanacaq.

Amerikanın dövlət qurumunun rəsmi saytında qeyd edilənlərlə yanaşı Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutların da üzə çıxması barədə informasiyalar verilib.

ABŞ-ın Dövlət Departamentinin rəsmi saytında yer alması da sübut edir ki, birinci və ikinci Qarabağ müharibələri dövründə erməni vəhşiliklərinin həddi-hüdudu olmayıb

Habelə, Ermənistanın Azərbaycana dəqiq yerləri göstərilməli olan mina xəritələrini də vermədiyi göstərilir və bildirilir ki, 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxs minaya düşərək həlak oldub, xeyli sayda insanlarımız isə yaralanıblar.

Beləliklə, bu kimi faktların ABŞ-ın Dövlət Departamentinin rəsmi saytında yer alması da sübut edir ki, birinci və ikinci Qarabağ müharibələri dövründə erməni vəhşiliklərinin həddi-hüdudu olmayıb və eyni zamanda, Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı qanunsuz silahlı dəstələr və onların terrorçu liderləri Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir kimi şəhər və rayonlarındakı din əhalimizə qarşı ballistik raket zərbələri endiriblər, çoxsaylı insan tələfatına yol açıblar. Bütün bu faktlar isə məhz Beynəlxalq İnsan Haqları məhkəməsində Ermənistana qarşı qaldırılacaq və qarşı tərəf törətdiyi insani cinayətlərinə görə hüquqi cavabını verməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə