“Azərbaycanla Ermənistan arasında hələ çox həll olmayan məsələlər var” AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında hələ çox həll olmayan məsələlər var” AÇIQLAMA

“Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş müəyyən mənada bundan öncə keçirilən görüşlərdən seçildi”. Bu fikirləri politoloq Teymur Qasımlı SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyaların yaradılması ilə bağlı razılıq əldə olunub: “Bu məsələ Şarl Mişelin bəyanatında bildirildi. Düşünürəm ki, keçirilən üçtərəfli görüşün Cənubi Qafqazda sülhün təminatçısı və yaxud təhlükəsizlik bir şəraitin əldə olunub, olmamasını zaman göstərəcək. İndidən bununla bağlı hər hansı bir fikir bildirmək çətindir. Çünki Azərbaycanla Ermənistan arasında hələ çox həll olmayan məsələlər var”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə