Azərbaycan-Avropa Şurası əməkdaşlığı uğurla davam etdirilir - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan-Avropa Şurası əməkdaşlığı uğurla davam etdirilir - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Avropa Şurası ilə çoxşaxəli əməkdaşlıq edir və bu əməkdaşlıq uğurla davam etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu xarici siyasət yürüdərək bir sıra qarşılıqlı əməkdaşlıqlar yaratmış, diplomatik uğurlar əldə etmişdir. Avropa Şurası ilə Azərbaycan bir sıra istiqamətlər üzrə əməkdaşlıq edib. Əməkdaşlıq çərçivəsində bir sıra məsələlərin həlli yolları ilə bağlı mühüm addımlar atılmışdır. Avropa Şurası post-konflikt dövründə bir sıra humanitar məsələlərin həllində Azərbaycana dəstək verəcəyini bildirib. İlk növbədə Qarabağ bölgəsində erməni əhalisi ilə Azərbaycan əhalisinin münasibətlərinin qarşılıqlı formalaşmasında, bir sıra humanitar problemlərin həllində Avropa Şurasının müəyyən rolu ola bilər. Bununla yanaşı Azərbaycan Avropa Şurası ilə hüququn aliliyi, demokratiyanın inkişafı istiqamətində öz əməkdaşlığını davam etdirəcək və Azərbaycan bu münasibətlərin davamlı olmasında maraqlıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə