Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır ŞƏRH

Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır ŞƏRH

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar

Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son illər ərzində görülən işlərə yüksək qiymət vermişdir. Ali baş komandan hər bir sahədə oldugu kimi ordumuzunda inkişafında mühüm addımlar atmışdır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Vətən müharibəsi zamanı Azərbaycanın əldə etdiyi kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçılara məxsus, dəyəri milyonlarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb.

Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması istiqamətində də ciddi addımlar atılmaqda davam edir. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən bu günə qədər ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib. Biz də dövlətimizi qorumaq üçün, bir xalq olaraq, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Ona bu şərəfli və məsuliyyətli işdə dəstək olmalıyıq.

Emin Haqverdiyev

YAP Tərtər rayon təşkilatı Uşaq Musiqi Məktəbi

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə