Prezident Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır

Prezident Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır

Hər kəsə məlumdur ki, keçən əsr Azərbaycan üçün mürəkkəb bir dövr olmuşdur. Ancaq xoşbəxtlikdən ölkəmiz öz qəhrəman övladları hesabına saysız-hesabsız çətinliklərə rəğmən, müstəqillik qazanaraq qısa bir müddətdə iqtisadiyyatın bütün sahələrində mütərəqqi inkişafa nail oldu. XX-XXI əsrlərin kəsişməsində Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ümummilli lider Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən anarxiya, xaos, AXC-Müsavat özbaşınalığının, vətəndaş müharibəsinin qarşısı alındı və Azərbaycan sabit, stabil və dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrildi.

Ulu öndər məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.

2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə də xalqın mütləq əksəriyyətinin göstərdiyi etimad nəticəsində Prezident seçilən İlham Əliyev iqtisadiyyatın daha da inkişafı, siyasi islahatların həyata keçirilməsi və ölkənin modernləşdirilməsini dövlətimizin qarşısında duran prioritet istiqamət kimi müəyyənləşdirdi. İqtisadiyyatımızın şaxələndirilməsi, siyasi reformlar, yeniləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil, ordunun inkişafı və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Əsas məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, onların həyata keçirilməsi nəticəsində Azərbaycan hətta dünyada iqtisadi-maliyyə böhranı hökm sürən illərdə belə analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi.

Cənab İlham Əliyevin 2018-ci ilin aprelində keçirilən seçkilərdəki qalibiyyətinin əsasında dövlətimizin 15 il ərzində onun rəhbərliyi ilə analoqsuz inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icrası kimi önəmli faktorlar dayanır. Ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ildə və ondan sonrakı dövrlərdə Azərbaycanın inkişafı, xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasının üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. Ümumilikdə, 2003-cü ildən hal hazırkı dövrə qədər Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Bunun nəticəsidir ki, Azərbaycanın dinamik inkişaf strategiyasına uyğun bütün sahələrdə inkişaf edir, əhalinin sosial rifah halı hər il daha da yaxşılaşır. Ölkəmiz heç bir qurumdan, dövlətdən asılı olmayan siyasət yürüdür ki, bu da inkişafın əsas meyarı kimi çıxış edir. Beləliklə, Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və strateji kurs özündə xalqın, dövlətin mənafeyinə cavab verən ən ali məqamları birləşdirir. Elə bunun nəticəsidir ki, hər bir sahədə görünən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, sürətli və dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə son illər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır.

Düzgün aparılan siyasət nəticəsində 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlar azad olundu, ərazi bütövlüyümüzün bərpa olundu. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Bütün bu nailiyyətlərə görə xalqımız Prezident cənab İlham Əliyevin apardığı siyasəti daim dəstəkləyir və onun ətrafında sıx birləşməyə davam edir. Mən də öz növbəmdə bildirmək istəyirəm ki, Cənab Prezident, biz Sizinlə fəxr edirik və Pirallahı gəncləri olaraq hər zaman Sizin yanınızdayıq.

Rüfət Əhmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə