Azərbaycan-ATƏT münasibətləri uğurla inkişaf edir - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, bu görüşdə çox maraqlı məsələlər müzakirə olunub: "Görüşün əsas gündəliyində olan məsələlər Azərbaycan ilə ATƏT, Avropa Şurası arasındakı münasibətlər, Azərbaycan-Polşa münasibətləri müzakirə edildi. Digər bir məsələ Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq məsələsidir. Cənab Prezident görüşdə artıq vacib məsələlərin həll olunduğunu, gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin yüksək inkişaf xətti ilə inkişaf edəcəyini bildirib. Görüşdə əsas diqqət çəkən məqamlar Ermənistanın üçtərəfli bəyanatdakı fəaliyyətsizliyi, Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər müzakirə olundu. Cənab Prezident ATƏT-in sədrinə baş verən hadisələri, məsələləri detallarına kimi qeyd etdi.
Bundan əlavə Ermənistanın bu məsələdə yubandığını qeyd etdi. Cənab Prezident 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri, tarixi, dini, mədəni abidələrimizi dağıtdıqlarını, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq-abadlıq işlərinin getdiyini bildirdi. Həmçinin Zbiqnev Raun Polşanın xarici işlər kimi Azərbaycan ilə Polşa arasındakı ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bundan əlavə gələn aylarda hökumətlərarası komissiya iclasının keçiriləcəyini vurğuladı. Çox vacib məqamlardan biri də Zbiqnev Raun Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gedən bərpa və quruculuq işlərində Polşa şirkətlərinin marka olduğunu bildirdi. Bu çox vacib məsələlərdən biridir. Cənab Prezident məmnunluğunu bildirərək işğaldan azad olunan ərazilərin dost ölkələrə açıq olduğunu qeyd etdi".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB