“Hraparak”: “Paşinyan alçaldıcı sülh müqaviləsi imzalamağa hazırlaşır” İDDİA
Ermənistanın “Hraparak” qəzeti yazır ki, ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazırlaşır. O cümlədən, bildirilir ki, Paşinyanın sülh sazişinə imza atması ehtimalı artdıqca Ermənistanın suverenliyinin itirilməsi prosesi daha da sürətlənir. Qəzet, sazişin erməni xalqı və dövləti üçün alçaldıcı olduğunu bildirib.
“Paşinyan Ermənistan hökumətinin iclası ərəfəsində aydın şəkildə çatdırdı ki, müharibədən qaçmağın yalnız bir vasitəsi var – bütün tələblərə riayət etməklə Azərbaycana təslim olmaq, alçaldıcı sülh sazişini imzalamaq”, deyə erməni nəşri yazır.
Xəbərə əlavə olaraq adıçəkilən erməni nəşrinə sual edilə bilər ki, Ermənistanın başqa yolu varmı? Yaxud, İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın işğalçılıq siyasəti mövcud olarkən nəyə görə bu ölkənin əvvəlki və indiki rəhbərlikləri bu barədə düşünməyərək acı aqibətlərinin çox yaxında dayana biləcəyinin fərqinə varmayıblar?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB