Azərbaycan ordusu müdaxilə etmək məcburiyyətində qalacaq - SİYASİ EKSPERT AÇIQLADI
"Ermənistanın məqsədi bölgədə vəziyyəti yenidən gərginləşdirməkdir. Azərbaycan sürətlə Qarabağda ciddi quruculuq işləri aparır, ora həyatı qaytarır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bunun qarşılığında isə erməni tərəfi yaranan yeni reallıqla barışmaq istəmir: "Qarşıda üçtərəfli razılaşmadan irəli gələn öhdəliklər var. Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizi məsələsi, hansı ki, Ermənistan icra etmək üçün öz üzərinə öhdəlik götürmüşdür. Üçtərəfli bəyanatdan irəli gələrək nə Ermənistan, nə də Rusiya öhdəliklərə əməl etmir. Üstəlik Rusiya sülhməramlılarının olduğu ərazidə qanunsuz erməni hərbi birləşmələri qalmaqdadır.
Belə görünür ki, Ermənistan sülh istəmir, Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır. Əlbəttə, bu gün Ermənistanın vəziyyəti öz xeyrinə dəyişmək üçün heç bir hərbi gücü yoxdur. Onlara dəstək verən Rusiya sülhməramlıları isə bu münaqişəyə cəlb edilərlərsə, onlar üçün də bunun aqibəti ağır olacaq. Çünki artıq Rusiyanın Qarabağda sülhü təmin edə bilməməsi məsələsi gündəmə gələ və Azərbaycan haqlı olaraq 2025-ci ildə üçtərəfli müqaviləyə yenidən baxa bilər. Əgər, belə davam edərsə, Azərbaycan ordusu Qarabağda qayda-qanun yaratmaq üçün müdaxilə etmək məcburiyyətində qalacaq. Necə ki, 44 günlük müharibədə bunu çox məharətlə həyata keçirdi".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB