Siyasi zəmində keçirilən danışıqlar bir nəticə vermir - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayna müharibəsi artıq 1 aydan çoxdur ki, davam edir. Müharibənin böyük fəsadlar törətməsi müşahidə olunur. Ukraynanın böyük şəhərləri müqavimət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, lakin Ukrayna ərazisində böyük dağıntılar və insanlıq faciəsi yaşanır: “Burada müharibənin qarşısını almaq üçün də müxtəlif tədbirlər görülür. NATO yalnız Ukraynaya siyasi, iqtisadi, hərbi yardımlar həyata keçirir. Rusiyaya qarşı isə iqtisadi sanksiyalar və beynəlxalq məhdudiyyətlər tətbiq edilir. Lakin bunlar yetərli deyil, çünki bu addımlar müharibənin qarşısını ala bilmir. Siyasi zəmində keçirilən danışıqlar da heç bir nəticə vermir. Türkiyə də Rusiya və Ukrayna nümayəndələri arasında keçirilmiş danışıqlara böyük ümid var. Bu danışıqların müsbət bir nəticə verməsi ümumən müharibənin gedişinə təsir göstərə bilər. Vladimir Putinin də, Zelenskinin də fikirlərində və mövqelərində kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər müharibə gedişində meydana gəlməyib. 2014-cü ildən bəri həyata keçirilən ölkə daxilindəki ictimai-siyasi fəaliyyət və təbliğat, ideoloji islahat artıq isti fazaya keçib. Hazırda müharibə davam edir. Buna görə də ideoloji zəmində məsələlərin həll edilməsinə böyük ehtiyac var. Ukrayna prezidenti artıq bununla bağlı öz mövqeyini bildirib. Məhz nüvəsiz dövlət olması, eləcə də neytrallıq statusu şərtləri daxilində danışıqlar keçirilib. Ukrayna tərəfi öz neytrallığını, satatusunu qorumalqa sülh müqaviləsinin imzalanmasına, daha sonra isə referendum keçirilməsinə müsbət yanaşır. Bütün bunlar isə danışıqların əsasını təşkil edir.
Bu məsələləri tənzimləmək üçün Türkiyə də öz imkanlarından geniş istifadə edir. İstanbul görüşünün Ukrayna-Rusiya münasibətlərinə köklü şəkildə təsir edəcəyi gözlənilir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB