Türkiyə mövcud şəraitdə hər iki tərəf üçün etibarlı tərəfdaşdır - POLİTOLOQ AÇIQLADI

Türkiyə mövcud şəraitdə hər iki tərəf üçün etibarlı tərəfdaşdır - POLİTOLOQ AÇIQLADI

"İstər Ukraynanın prezidenti Volodimir Zelenskinin, istərsə də rəsmi Moskvanın son günlərdə verdiyi bəyanatlardan da aydın şəkildə görünür ki, Türkiyə mövcud şəraitdə hər iki tərəf üçün etibarlı tərəfdaşdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu baxımdan görüşlərin növbəti mərhələsinin məhz Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunması heç də təsadüfi deyil: "Bu görüşdən gözləntilər digərləri ilə müqayisədə çox daha yüksəkdir. Düşünürəm ki, son günlərdə sülh danışıqları ilə bağlı geniş müzakirələrə səbəb olmuş 5 əsas prinsip üzərində razılığa gəlinməsi istiqamətində Türkiyənin vasitəçiliyi mütləqdir. Çünki məhz o prinsiplərdə ifadə olunan əsas məsələ Ukraynanın ərazisindən rus hərbi qüvvələrinin çıxarılması və təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlıdır. Bu zəmanətin təminatçısı qismində çıxış etməsi təklif edilən digər NATO üzvlərindən fərqli olaraq, Türkiyənin iştirakı münaqişə tərəflərinin hər ikisi tərəfindən də dəstəklənir. Bu da danışıqların ilkin mərhələsində qarşılıqlı etimad mühitinin yaradılması üçün zəruri şərtlərdən biridir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə