Azərbaycan alternativ və bərpaolunan enerji təchizatçılarından biri olacaq - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünən ölkəmizin həyatında əlamətdar hadisə baş verdi. Belə ki, dünyada çox tanınmış və təcrübəli şirkət olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, bu stansiya ölkəmizin ildən-ilə enerjiyə artan tələbatını ödəməklə bərabər, ixrac imkanlarımızı daha da genişləndirəcək: "Xüsusi vurğulamaq istərdim ki, beynəlxalq aləmdə baş verən geosiyasi kataklizmlər və pandemiyadan qaynaqlanan siyasi, iqtisadi və humanitar böhran fonunda ölkəmizdə həyata keçirilən möhtəşəm layihələrə və bütövlükdə görülən işlərə görə əlbəttə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnatdarıq. Onun dünyanın nüfuzlu ölkələri ilə həm çoxtərəfli və ikitərəfli münasibətlərdə imza atdığı diplomatik uğurların nəticəsidir ki, Azərbaycan etibarlı tərəfdaş ölkə kimi ölkəmizdə nəhəng layihələr gercəkləşdirilir. Daha açıq desək, dünya səviyyəli investorlar əlverişli biznes ölkəmizdəki mühiti nəzərə alaraq böyük həcmli sərmaya qoyuluşu edirlər. Məhz bu təməlqoyma mərasimində iştirak edən dövlət başçımız cənab İlham Əliyevin çıxış edərək bütün bu məsələlərə öz münasibətini bildirmişdi.
Möhtərəm Prezidentimiz də çıxışında böyük həcmdə xarici sərmayənin Azərbaycanın qeyri-neft sektoruna qoyulmasının dövlətimizin əsas prioritetlərimizdən biri olduğunu vurğuladı. Bildiyimiz kimi uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Lakin son illərdə dövlətimizin qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsindəki həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycan bugün həm də xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkələrdən biridir və elektrik enerjisinin ixracı ilə bağlı böyük potensiala malikdir. Bugün Azərbaycan dörd qonşu ölkəyə enerji ixrac etsə də, mövcud imkanlar daha yeni bazarlara çıxmaq iddiasındadır.
Qeyd etdiyimiz kimi “Masdar” şirkəti Ölkəmiz üçün dost olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Azərbaycanın BƏƏ ilə həm ikitərəfli həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində
bütün sahələr üzrə çox yüksək səviyyəli münasibət qurmuşdur. BƏƏ ilə ticarət əlaqələrimiz artır və son illər turizm sahəsində geniş imkanlarımız var və əlaqələrimizin böyük perspektivi var. Ümumiyyətlə bu ilin ilk ayından ölkəmizdə energetika sahəsində çox uğurlu addımlar atılıbdır. Bildiyimiz kimi yanvar ayında ölkəmizdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevralda “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Mətbuatdan da oxuduğumuz kimi bu il ərzində əlavə güclər ölkəmizin ümumi enerji sisteminə daxil ediləcəkdir. Möhtərəm Prezidentimiz öz çıxışlarında, eləcə də dünənki çıxışında bərpaolunan enerji növlərinin inkişaf etdirilməsinin dövlətimiz üçün prioritet olduğuniu dəfələrlə səsləndiribdir.Bütün bunlar sözsüz ki, Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır. Bu isə Azərbaycanı nəinki xam neft, neft məhsulları və təbii qaz, eləcə də, elektrik enerjisinin böyük istehsalçı və ixracatçı ölkələr sırasına daxil edir. Əminik ki, İnşallah Azərbaycan Avropanın neft və qaz təchizatçılarından biri kimi, həm də alternativ və bərpaolunan enerji təchizatçılarından biri olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə