"Parlament son iki ildə məhsuldar fəaliyyət göstərib. Düşünürəm ki, VI çağırış tarixi bir vaxta təsadüf edib. Post-pandemiya iqtisadiyyatı inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, ən əlamətdar hadisə Azərbaycanın Vətən Müharibəsinin qalibi olmasıdır: "Bununla biz bütün dünyada problemlərimizi özümüzün həll edə biləcəyini təsdiq etdik. Müharibədən sonra Qarabağda böyük dəyişikliklərə imza atdıq".
Deputat sözlərinə davam edərək belə qeyd edib: "Parlament də öz növbəsində dövlətin siyasətinə dəstək olub. Hər bir millət vəkili yüzlərlə qazi ilə, onlarla şəhid ailəsi ilə görüşüb, seçicilərin problemləri ilə məşğul olub. Eyni zamanda, xaricdə də öz dəsti-xəttimizi həyata keçiririk. Gücümüzü göstərib, dostluq münasibətlərimizi inkişaf etdiririk. Bütün bunlar gündəlik fəaliyyətdir. Dövlət məmurların, deputatların, ekspertlərin hər biri bunları müsbət qiymətləndirir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB