Parlament hansı uğurlara imza atıb? - ŞƏRH EDİLDİ

"Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ötən 2 il ərzindəki fəaliyyətinə baxsaq, parlamentimiz ötən dövr ərzində pandemiya və qlobal iqtisadi böhran, o cümlədən, Vətən müharibəsi ilə əlaqədar hərbi vəziyyət şəraitində çox uğurlu fəaliyyət göstərmiş, müxtəlif xarakterli problemlər fonunda bütün situasiyalarda çevik və faydalı iş əmsalı ortaya qoya bilmişdir. Bu iki il ərzində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti üçün yol xəritəsi isə heç şübhəsiz ki, ilk iclasda cənab İlham Əliyevin nitqində irəli sürülən tezis və tövsiyyələr olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, təhlil etsək fəaliyyətimizin ən mühüm göstəriciləri heç şübhəsiz ki, xarici siyasətdə Parlament diplomatiyasının rolunun dəfələrlə artması hesab okuna bilər: "Məhz bu səylərin sayəsində Azərbaycan Qoşulmama hərəkatı və Türk Dövlətlər Birliyi çərçivəsində Parlamentlərin rolunun güclənməsi formatını realizə etdi. Daha bir yeniliyi biz kommunikasiya siyasətində hiss etdik. Aydındır ki, milli həmrəyliyin, vətəndaşın dövlətçilik məfkurəsinin güclənməsində depyəutata, parlamentə etimad məsələsi çox vacibdir. Bu mənada VI çağırışda seçici-deputat kommunikasiyasının daha sağlam, daha faydalı və daha interaktiv formatda realizəsinin şahidi olduq".

Deputat sözlərinə belə davam edib: "Habelə, bu çağırışda qanunverici hakimiyyətimiz dövlətçilik tariximizdə ilk dəfə müxtəlif siyasi düşərgələrin təmsilçilərinin birgə fəaliyyət harmoniyasına nail ola bildi. Bu gün iqtidar və müxalifət nümayəndələri, habelə, bitərəflər Parlament və Milli Məclisin Komitələrinin rəhbərliyində təmsil olunur və ortada professor Sahibə Qafarovanın rəhbərliyi altında birgə fəaliyyətdən doğan çox ciddi uğurlarımız var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə