Müharibə dayandırılsın, danışıqlar keçirilsin və nəticəsi olsun - ŞƏRH EDİLDİ
"Azərbaycan və Türkiyə eyni mövqedən çıxış edirlər. Türkiyə daha da aktivlik göstərir ki, Ankarada görüşlər keçirilsin və sülhməramlı addımlar atılsın". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq qanunlar var və bu qanunlar icra olunmalıdır: "Ukrayna suverenliyi müdafiə edilməlidir. Ukrayna sərhədləri 1991-ci ildən, Sovet İttifaqı dağıldıqdan sonra necə idisə, elə də qalmalı idi".
Deputat sözlərinə belə davam edib: "Azərbaycan da, Türkiyə də çalışır ki, müharibə dayandırılsın, danışıqlar keçirilsin və bu danışıqların nəticəsi olsun. Həmçinin beynəlxalq qanunlara söykənənərək bütün məsələlər həll edilməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB