Ombudsman Tatayanın yolunu gedir

"Ermənistanda yeni seçilmiş Ombudsmanı passiv görünməmək üçün Qarabağa səfər edərək təxribat xarakterli addım atıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş ombudsmanı Tatayanın fəalığının nəticəsi olaraq Ermənistanda bu gün Paşinyandan sonra ikinci ən reytinqli şəxsdir: "Tatayanın həmin dönəmdə apardığı siyasət Ermənistanın biyabır olmasına və heç bir marağının reallaşmaması gətirib çıxartdı. Bu kimi populist çıxışları və addımlar Erməni vətəndaşları sevir. Ona görə bu günkü Ombudsmanda Tatayanın yolu ilə davam etmək istəyir. Düşünürəm ki, Tatayanın fəaliyyəti heç də Paşinyanın xoşuna gəlmirdi. Ona görə yeni Ombudsman sədri öz davranışlsrında yeniliklər edəcək. Əlbətdə ki, Qarabağa səfər və ordakı separatçılarla görüş və s. bunların hamısı vəziyyətin gərginləşməsinə xidmət edir. Lakib bu kimi görüşlərin heç bir əhəmiyyəti yoxdur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə