YAP Qazax rayon təşkilatında 8 mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

YAP Qazax rayon təşkilatında 8 mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

7 mart 2022-ci iI tarixdə YAP Qazax rayon təşkilatının inzibati binasında 8 mart-Beynəlxalq Qadınlar Günü müasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatın sədri Anar Nəbiyev açaraq qeyd edib ki, bu günkü tədbirə Respublika paytaxtından ən uzaq, 500 km məsafədə yerləşən, mənfur qonşularla 168 km sərhədi olan, ölkəmizin “Qərb Qapısı” adlanan, 3 respublikanın qovşağında yerləşən doğma Qazağımızın ictimai – siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının fəallları dəvət olunub. Sevindirici haldır ki, YAP Qazax rayon təşkilatında qeydiyyatda olan 10304 nəfər partiya üzvündən 6536 nəfəri, yəni 63%-i qadınlardır. Odur ki, Siz – YAP üzvləri bizlər üçün çox dəyərli, hörmətli və əziz insanlarsınız! Sizi təbrik etmək, sizinlə ünsiyyətdə olmaq, sizi dinləmək bizlər üçün çox xoş, önəmli və təqdirəlayiq haldır. Möhtərəm Prezidentimizin bizlərə tapşırıq və tövsiyyəsi kimi “Biz birlikdə güclüyük!”.

Anar Nəbiyev Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi və ən xoş arzularını bildirib.

Rayon təşkilatının sədri Ulu Öndərimiz Heydər Əliyevin aşağıdakı müdrik kəlamlarını da tədbir iştirakçılarına bir daha xatırlatdı : “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməyib”.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda “Dövlət qadın siyasəti” yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına çıxarmışdır.
Rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin, qanından keçən qazilərimizin, mənfur düşmənə divan tutan qəhrəman əsgər və zabitlərimizin analarının da Qəhrəman Azərbaycan anaları olduğunu qeyd edərək, Azərbaycan qadınının - Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olduğunu xüsusilə vurğuladı və fədakar Şəhid Anaları qarşısında baş əydiyini bildirib.

Tədbirdə Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya fəallarından Afət Eyyubova, Gövhər Rəhimova, Bəsti Ələkbərova, Səfurə Rəhimova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyevə, eləcə də rayon təşkilatı Aparatına öz minətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına YAP Qazax rayon təşkilatının sədri tərəfindən hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə