Milli Məclisdə dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi - DEPUTAT ŞƏRH ETDİ
“Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verir. Parlament, xüsusilə Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlara uyğun işini qurub və hüquqi bazanın yenidən formalaşdırılması istiqamətində mühüm addımlar atıb”. Bu sözləri SİA-ya açıqlamasınd deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi cənab Prezidentin təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verilib və bu islahatlar bütün sferaları əhatə edir: “İslahatlar fonunda Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi.
Parlamentin bu günkü tərkibi və fəaliyyəti göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi. İstər dünya təcrübəsi, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. İqtisadi, siyasi sahədə aparılan islahatlar, eləcə də kadr islahatları ölkəmizi daha da gücləndirdi. Milli Məclisdə aparılan kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.
Həmçinin, Milli Məclisin sədrinin sərəncamında göstərildiyi kimi, Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması məqsədilə Milli Məclis Aparatında 13 şöbə əvəzinə 10 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə, yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin yaradılması isə qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməyə əsaslanıb”.
Deputat sözlərinə belə davan edib: “Beləliklə, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması və ölkədə həyata keçirilən islahatlar strategiyasına Milli Məclis Aparatının da uyğunlaşdırılması mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.
Azərbaycan Parlamentinin qarşısında mühüm vəzifələrdən biri və vacibi də qanunvericilik fəaliyyətini və seçicilərlə işi yeni keyfiyyətdə qurmaqdan ibarət idi. Düşünürəm ki, bu keçən iki il ərzində parlamentin tərkibi buna nail olub.
Tam əminliklə deyə bilərəm ki, Milli Məclis ötən dövr ərzində ölkədə həyata keçirilən islahatlara cavab verən bir ali qanunverici orqan kimi özünü təsdiqlədi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB