YAP Ağcabədi rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib FOTOLAR
YAP Ağcabədi rayon təşkilatı Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ərazi ilk partiya təşkilatının sədri Məhəbbət Əliyeva Yeni Azərbyacan Partiyasının VII qurultayından keçən dövr ərzində təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Yığıncaqda ərazi partiya təşkilatının üzvləri Ağcabədi MKS-in direktor müavini Təranə Məmmədova, Hacıbədəlli kənd uşaq məktəbinin direktoru Məhbubə Əliyeva, Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Qalib Həsənov çıxış edərək, ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətinə öz münasibətlərini bildiriblər.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yığıncaqda çıxış edərək, Ağcabədi Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının rayonda ən böyük ərazi təşkilatlarından biri olaraq öz ətrafında 700 nəfərə yaxın siyasi həmfikri birləşdirdiyini, kollektiv üzvlərinin rayonda təşkil edilən anım mərasimləri, mədəni-kütləvi tədbirlərdə rəngarəng proqramlar nümayiş etdirdiklərini, Yeni Azərbaycan Partiyasının VII qurultayının qərarlarına müvafiq olaraq öz işini günün tələbləri səviyyəsində qurmaq üçün səylə çalışdıqlarını, YAP-ın boy sıralarının artırılması, üzvlük haqqının toplanması və digər məsələlərdə fəal iştirak etdiklərini qeyd edib.
R.Əhmədov çıxışında fevral ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin strateji tərəfdaşlıq nöqteyi-nəzərindən mühüm rol oynadığını, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədən Ermənistana təzyiqin daha da artırılmasına və nəticədə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə zəmin yaratmaq baxımından Azərbaycan xalqının mənafeyinin qorunmasına hesablanmış bir sənəd olduğunu diqqətə çatdırıb. Hesabat-seçki yığıncağında təşkilati məsələyə də baxılmışdır. Məhəbbət Əliyeva Ağcabədi Regional Mədəniyyət idarəsi partiya ərazi təşkilatının sədri, Məhbubə Əliyeva və Bilqeyis Mahmudova isə təşkilat sədrini müavinləri seçilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB