Ümummilli Liderin dediyi kimi Azərbaycan Türkiyə “Tək millət, iki dövlət”dir - ŞƏRH EDİLDİ

"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik olan bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bərqərar olmasına habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir: "İki dost xalq eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malikdir. Bu amillərin olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır".

Deputat sözlərinə belə davam edib: "Bu gün ölkə rəhbərimizin Türkiyə Prezidenti ilə səmimi, qardaş-dost münasibətləri buna dəlalət edir ki bizim qardaşlıq, dost münasibətlərimiz sarsılmaz və əbədidir.

Bu gün iki xalq arasında əlaqələr səviyyəsi keyfiyyətcə yeni mərhələyə keçmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "Şuşa Bəyannaməsi" ilə atdıqları imzalar iki qardaş ölkə arasında əlaqələri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırıb.

Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur və 30 il qabaqla müqayisədə daha güclü Azərbaycanla daha güclü Türkiyə mövcuddur. İki ölkənin qardaşlığı və sıx əməkdaşlığı ortaq regionlarında sülh və sabitliyin də böyük təminatçısı halına gəlib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə