The Times Zelenskiyə hazırlanan sui-qəsd planları haqqında yazdı BAŞ TUTMAYIB

The Times Zelenskiyə hazırlanan sui-qəsd planları haqqında yazdı BAŞ TUTMAYIB

The Times nəşri yazır ki, son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı minimum üç sui-qəsd cəhdi olub. Nəşrin məlumatına görə, bunun üçün iki müxtəlif qruplar göndərilib – Rusiyanın Vaqner muzdlu qrupu və çeçen xüsusi təyinatlıları.

Lakin nəşrin mövzu ilə bağlı digər qeydi də maraqdoğurucudur. Belə ki, The Times-ə görə, hər sui-qəsd cəhdinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) mane olub. İddia edilir ki, məhz FTB Ukraynadakı hərbi əməliyyatların keçirilməsinə qarşı çıxır.

“Vaqner muzdluları Kiyevdəki sui-qəsd cəhdində itkilər veriblər və ukraynalıların onların fəaliyyətləri ilə bağlı öncədən xəbərdar olduqlarından narahatlıq keçiriblər.

Qrupa yaxınlığı ilə seçilən mənbə deyib ki, Zelenskinin təhlükəsizlik xidmətinin əvvəlcədən informasiyalara malik olması onlar üçün çox heyrətləndirici təsir bağışlayıb.

Həmçinin, ötən şənbə günü Kiyev ətrafında sui-qəsdçi çeçen qrupunun fəaliyyətinin qarşısı alınıb və onlar məhv edilib”, deyə The Times nəşri yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə