Müharibənin ən dəhşətli nəticələrindən biri insan tələfatıdır - ŞƏRH EDİLDİ

"Son günlərdə gedən müharibənin nəticəsində iqtisadi və hümanitar problemlər yaranıb. Müharibənin ən dəhşətli nəticələrindən biri isə insan tələfatıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəfdən də xeyli itki var: "Ona görə də bu məsələni diplomatik yolla həll etmək lazımdır. Yəni, müharibəni dayandırmalı və danışıqlar apararaq beynəlxalq hüquq normativləri ilə müəyyən qərar verilməlidir".

Deputat sözlərinə belə davam edib: "Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Müharibə müddətində Ukraynaya humanitar yardım göstərib. Ukraynadakı təcili yardım maşınları ödənişsiz şəkildə yanacaqla təmin edilib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə