30 ailə ilə bir yerdə zirzəmidə qalırıq - KİYEVDƏN EKSKLÜZİV AÇIQLAMA - FOTOLAR

30 ailə ilə bir yerdə zirzəmidə qalırıq - KİYEVDƏN EKSKLÜZİV AÇIQLAMA - FOTOLAR

"Dünən gecə rus hərbi qoşunları Telestudiya qülləsini borbardman ediblər. Dağıntılar var, 6 nəfər ölüb". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Ukraynada yaşayan azərbaycanlı Naidə Ələkbərova deyib.

Onun sözlərinə görə, burada insanlar gözləyir ki, təxliyyə olunsunlar: "Dünən öz güclərinə gedənlər oldu. Amma biz hələ də gözləyirik. Çernivtsidə türk avtobusları var. Onlar soruşmadan, yoxlamadan hər kəsi Vengriyaya aparırlar. Onların məqsədi hər kəsi bu xaosdan qurtarmaqdır. Çox təəssüflər olsun ki, biz hələ də gözləyirik. Bizə dəstək göstərmirlər. İnsanlar ac-susuz, pərişan haldadırlar. Bizə dəqiq məlumat verilmir. Şəhər dağıntılar içərisindədir. Evlər, binalar dağıdılıb. Hər an hər şey ola bilər. Nə qədər ölənlərimiz var. İnsanlar sığınacaqlarda qalırlar, övladlarımız hamısı zirzəmilərdədir. İnsanlar çox pis vəziyyətdədirlər. 30 ailə bir yerdə zirzəmidə qalır. Biz çətin də olsa, yemək tapsaq da, elə insanlar var ki, onlar ümumiyyətlə acdır. Bizdən kömək istəyirlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə