Vətən müharibəsi şəhidi Babayev Elvin Əkbər oğlunun doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, rayon ictimaiyyəti nümayəndələri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 19 yaşlı şəhid Elvin Əkbər oğlu Babayev 28 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olub. Daha sonra ailə Bakıya köçüb. 2008-ci ildə Elvin Bakı şəhəri leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olub. Vətənpərvər və fəal şagird kimi tanınan Elvin təhsil aldığı tam orta məktəbdə "Gəncə Şahinləri" hərbi komandasının manqa komandiri olub.
Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Tərxis edilməsinə cəmi 3 ay qalmış əzəli torpaqlarımızı düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsi başlayıb. Ağdam və Xocavənd rayonları istiqamətində döyüşən əsgər Babayev 2 oktyabrda Xocavənddə qəhrəmancasına şəhid olub. Elvin Babayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB