“Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi humanizm prinsiplərinə əsaslanır” AÇIQLAMA

“Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi humanizm prinsiplərinə əsaslanır” AÇIQLAMA

“Azərbaycan Respublikasının Ukraynaya humanitar yardım göstərməsi humanizm prinsiplərinə əsaslanır. Ukraynada baş vermiş müharibə həm də humanitar fəlakət yaradıb. Çünki insanların çoxlu sığınacaqlarda gizlənirlər. Aralarında qadınlar, uşaqlar, hamilə qadınlar və digər qayğıya ehtiyacı olan insanlar var. Bu baxımdan, humanitar yardımın edilməsi humanist dəyərlərdən irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Bakının sakinləri Ukraynanın Azərbaycandakı səfirliyi önündə də Ukraynaya dəstək mitinqi keçirdilər: “Bu, Ukrayna xalqına dəstək xarakteri daşıyırdı və eyni zamanda, Ukrayna tərəfində də bu, rəğbətlə qarşılanmışdır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri öz sosial şəbəkə hesabların da bildirmişdir. Ukraynaya humanitar yardımın göstərməsi və dəstək mitinqinin həyata keçirilməsi Azərbaycanın Ukraynaya mənəvi dəstək verdiyini göstərir. Sosial şəbəkələrdə də vətəndaşlar öz profil şəkillərini Ukrayna bayrağına bürüyürlər və Ukraynaya dəstək mahiyyəti daşıyan postlar paylaşırlar. Müşahidələrimiz də onu göstərir ki, hazırkı durumda Ukraynanın ərazisinə müdaxilə olunmasını çoxsaylı vətəndaşlarımız qınayır və Ukraynaya dəstək həyata keçirirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə