Ukrayna öz potensialından daha böyük yükün altına girdi - POLİTOLOQ AÇIQLADI
"Rusiya-Ukrayna müharibəsində Ukraynanın məğlubiyyəti labüddür. Rusiya bütün parametrlər üzrə Ukrayna ilə müqayisəolunmaz dərəcədə güclüdür. Ukrayna öz potensialından daha böyük yükün altına girdi, onu böyük bir oyuna alət etdilər və o, həmin oyunu artıq uduzmuş sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, NATO və bəzi Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri deyil, tank əleyhinə silah növləri ilə yardım edir: "Lakin bu silahlar Rusiyanın genişmiqyaslı hərbi əməliyyatlarını, o cümlədən aviasiya hücumlarını dayandırma gücünə malik deyil. Bir sözlə, Ukraynanın nəinki hərbi təchizatı, ümumiyyətlə taktiki müdafiə və strategiyası lazımi şəkildə təmin olunmayıb".
Politoloq sözlərinə belə davam edib: "Gürcüstanda olduğu kimi Ukraynanı da Qərb ölkələri müharibəyə təhrik etdikdən sonra onu Rusiya ilə təkbətək qoyub. Rusiya rəsmiləri mülki əhaliylə heç bir işi olmadığını, əsas məqsədlərinin hazırkı siyasi rəhbərlik və hərbi qüvvələri, obyektləri zərərsizləşdirmək fikri olduğunu bildirib. Dünya nizamı sürətlə dəyişir. Ukrayna böyük bir avantüra içərisindədir. Rusiya ilə müharibəyə başlamaqla atdığı riskli addımın bədəlini ərazilərini itirməklə ödəyəcək. Heç bir Qərb ölkəsi Ukraynanın yerinə vuruşmayacağı üçün yekunda üzbəüz qalan iki qardaş ölkə - Rusiya və Ukrayna olacaq. Əsas nəticə Ukraynanın iki yerə bölünməsi olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB