Vəzifə insanı gözəlləşdirmir, insan vəzifəni gözəlləşdirir - DEPUTAT ŞƏRH ETDİ
"Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının 5 ili tamam olur. Ötən beş il ərzində Azərbaycan xalqı bu vəzifəni yüksək səviyyədə yerinə yetirən Respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən hədsiz dərəcədə məmnundur". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Mehriban xanım Əliyeva 2017-ci ildən bu vəzifəyə təyin olunmağına baxmayaraq, 2017-ci ilə qədər də şərəfli bir yol keçmiş dövlət adamıdır: "O, hansı vəzifədə olursa-olsun, hansı qlobal səviyyədə, genişmiqyaslı layihəyə rəhbərlik etməsindən asılı olmayaraq bu vəzifələri, bu layihələri ən yüksək səviyyədə icra edib".
Deputat sözlərinə belə davam edib: "İstər vaxtilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi, istər Azərbaycan Respublikasının Birinci xanımı kimi, istər 2004-cü ildə qurucusu olduğu və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prezidenti kimi, istərsə də UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi onun bütün bu fəaliyyətinə baxsaq görərik ki, bu vəzifələrə rəhbərlik etdiyi dövrdə örnək olmuşdur. Bu mənada Azərbaycan ictimaiyyəti də, xalqı da ona böyük rəğbət bəsləyir və onun Birinci vitse-prezident seçilməsini Azərbaycan ictimaiyyəti sevgi və məmnuniyyətlə qarşılayır. Hətta bu baxımdan dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Belə bir deyim var ki, vəzifə insanı gözəlləşdirmir, insan vəzifəni gözəlləşdirir. Eyni zamanda, vəzifə insanların xalqa müraciəti üçün bir fürsətdir. Bu mənada Mehriban xanım tutduğu hər bir vəzifədən xalqa xidmət üçün bir tribuna, mexanizm, alət kimi istifadə edib. Yəni, Mehriban xanım Əliyeva bu vəzifənin səlahiyyətləri daxilində böyük humanizmlə, məsuliyyət və cavabdehliklə öz vəzifəsini yerinə yetirmişdir. Ona görə də xalq da onun Birinci vitse-prezident olmasını xoş qarşılayıb".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB