Erməni bloger: “Rus hərbçişəri üçün gecə klubları və barlar açılmalıdır” TƏƏCCÜBLÜ
Davamlı olaraq rəsmi İrəvanın mövqeyinə qarşı çıxması ilə seçilən erməni blogeri İşxan Verdyan Qarabağ ermənilərinə istehza xarakterli tövsiyə edib. O, bildirib ki, ermənilər Rusiya hərbi kontingenti üçün maliyyə vəsaitləri ayırmalıdırlar ki, rus əsgərləri həmin vəsaitlər hesabına əylənsinlər.
“Biz rus kontingentinin nə olduğunu doğru təsəvvür etməliyik. Onlar heç də işğalçı güclər deyillər, əsla! Rusların ordusu bu postlarda hər zaman dayanıb, hətta Ermənistan respublikası mövcud olmayanda belə. Bu ordu hər zaman dayandığı yerdə dayanıb. Onlar bizə düşmən deyillər, onlar öz evlərindədirlər”, deyən erməni bloger həmçinin təklif edib ki, onlara Ermənistanın şərəfli qonaqları kimi yanaşılmalıdır.
"Ermənistan bu ölkədəki rus hərbçilərinin həyatlarını dolğunlaşdırmalıdır"
O, tövsiyə etməyi də unutmayıb: “Tövsiyə edirəm ki, bizim müdafiəçilərimiz kimi, onların sosial infrastrukturları üçün pullar ayrılmalıdır. Düşünürəm ki, hörmətli zabitlərin ağır həftə sonları üçün əyləncə mərkəzləri, gecə klubları və barlar açılmalıdır. Hesab edirəm ki, Ermənistan bu ölkədəki rus hərbçilərinin həyatlarını dolğunlaşdırmaq üçün hər şey etməlidir və onlar fəaliyyət müddətlərinin sonlarına qədər Ermənistan iqtisadiyyatının vergi ödəyicilərinə çevrilməlidirlər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB