Putin Təhlükəsizlik Şurasının iclasını keçirir - " DPR" və "LPR" tanınacaqmı?

Putin Təhlükəsizlik Şurasının iclasını keçirir - " DPR" və "LPR" tanınacaqmı?

Moskvada Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir. SİA Rusiya mənbələrinə istinadən xəbər verir ki, gündəlikdə Donbassın özünü elan etmiş respublikalarının tanınması məsələsi var.

Prezidentin sözçüsü Dmitri Peskov daha əvvəl bunun qeyri-adi hadisə olmadığını açıqlayıb. Prezident sonuncu dəfə Təhlükəsizlik Şurasını videokonfrans vasitəsilə 2021-ci ilin sentyabr ayının sonunda çağırıb. İclasda strateji planlaşdırma sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunub.

Vladimir Putin elan edilmiş "Donetsk və Luqansk Xalq Respublikaları"nın rəhbərlərinin müraciətləri ilə bağlı Təhlükəsizlik Şurası üzvlərinin rəyini dinləmək niyyətində olduğunu bildirib. “Bugünkü görüşümüzün məqsədi həmkarlarımızı dinləmək və bu istiqamətdə növbəti addımlarımızı müəyyən etməkdir, mən Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası liderlərinin suverenliklərinin tanınması xahişi ilə Rusiyaya müraciətini nəzərdə tuturam”, deyə Rusiya lideri bildirib.

Putin vurğulayıb ki, məsələlər dünyada təhlükəsizliyin təmin edilməsinin qlobal problemləri ilə “çox sıx bağlıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə