Şuşa Azərbaycanın torpağıdır və elə də qalacaq - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyev 5 yanvar sərəncamı ilə 2022-ci ili "Şuşa ili" elan edib. Şuşanın bizim xalqımızın və dövlətimizin tarixində xüsusi rolu var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, Şuşa şəhəri zəngin inkişaf yolu keçmişdir: “Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Şuşa bizim mədəniyyətimizin beşiyi, Azərbaycanın gözüdür". 44 günlük Vətən müharibəsində bir daha sübut olundu ki, Şuşa doğurdan da bizim həm tarixi, həm strateji, həm də zəngin maddi-mənəvi adət-ənənələri olan şəhərimizdir. Bildiyiniz kimi Şuşada hal-hazırda Şuşa şəhəri Qoruq İdarəsi fəaliyyət göstərir. Həmçinin orada quruculuq işləri həyata keçirilir. Bu şəhərin mədəniyyətimizin paytaxtı elan olunması ilə bağlı cənab Prezident tərəfindən Milli Məclisə qanun layihəsi daxil olunaraq qəbul olundu. Bu il Şuşanın 270 ili tamam olub. Bununla əlaqədar olaraq da Şuşada bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd etmək istərdim ki, "Xarıbülbül" festivalının keçirlməsi eyni zamanda düşmənə verilmiş çox gözəl bir mesaj idi. Bununla da biz bir daha erməni tərəfinə göstərdik ki, Şuşa Azərbaycanın torpağıdır və elə də qalacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə