Yaxud, RSK-nın Xankəndidə erməni separatizmini təbliğ edən “muzeyində” nələri azıb?
Artıq Rusiya sülhməramlı kontingentinin (RSK) (reallıqda isə sülhməramsızların-R.R.) müvəqqəti yerləşdikləri ərazilərdə nəyin baş verdiyini görmək, anlamaq elə də çətin deyil. Görünən budur ki, onlar məhz Azərbaycan dövlətinin etimad göstərməsi sayəsində Qarabağa sülh yaratmaq üçün gəldiklərini get-gedə müxtəlif davranış və fəaliyyət xüsusiyyətləri ilə inkar etməyə başlayıblar. Hətta yumşaq desək, açıq-aşkar separatçılığa, erməni işğalına rəsmən (!) dəstək göstərirlər. Lakin bəri başdan onu da deyək ki, bizim İvanları, Styopaları, Saşa və Jenyaları öz geriyə - öz xutorlarına vaxtından əvvəl göndərməyimizə zərurətlər artmağa başlayıb!
RSK-nın “soldatları” adıçəkilən “muzeydə” boy-boy fotolar çəkdirib erməni separatçılığına necə dəstək göstərdiklərini, sözün əsl mənasındakı, həyasızlıqla (!) nümayiş etdirdilər

Bugünlərdə RSK-nın məsul oduğu Qarabağ ərazilərimizdəki növbəti təxribatçı addım isə, sözün əsl mənasında, Azərbaycan xalqının və dövlətinin heysiyyatına, mənəviyyatına toxunan bir davranış kimi qiymətləndirilməlidir. Belə ki, torpaqlarımızın işğalı ilə nəticələndiyi və erməni separatçılığının əsasının qoyulduğu 20 fevral tarixində RSK Xankəndidə “Artsaxın azadlıq hərəkatı” adlı saxtakarlıq, işğalçılıq muzeyinə ekskursiya etdi.

Separatçılar “34-cü ildönümlərini” xüsusilə qeyd edirlər, hətta Ermənistanın baş naziri Nikol Paşinyan da “Artsax ermənilərinin azadlıq hərəkatlarının başlanğıcını” ayrıca təbrik etdi. Bundan sonra hansı sülh danışıqlarından bəhs etməyə dəyər..?!
Hələ bu, harasıdır? RSK-nın “soldatları” adıçəkilən “muzeydə” boy-boy fotolar çəkdirib erməni separatçılığına necə dəstək göstərdiklərini, sözün əsl mənasındakı, həyasızlıqla (!) nümayiş etdirdilər.

Məgər erməni separatçılarının səngərlər qazıb istehkamlar, dayaq məntəqələri qurmalarına, Azərbaycan vətəndaşlarına, hərbçilərinə atəş açmalarına yaradılan şəraitlərdən sonra sözügedən faktı da nəzərə alsaq, bundan artıq hər hansı əlavə sübutlara ehtiyac qalırmı?! Beləliklə...
O da əbəs və təsadüfi deyil ki, “muzeydə” çəkilən fotoların birində “Artsaxın” əski parçası da yer alıb!

Beləliklə, biz onu da qeyd edə bilərik ki, RSK təmsilçilərinin Xankəndidəki separatçılıq “muzeyinə” ekskursiyaları bilavasitə təbliğat xarakteri daşıyıb. Daha dəqiq desək, fotoşəkillər də məhz həmin məqsədlə çəkilib. Bəlkə də rus “soldatına” həmin muzey ümumiyyətlə, maraqlı deyil, maraqlı olanlar onların başları üzərində oturan generallar, böyük, iri, yekə başlardır ki, onların əsas vəzifələrindən biri də məhz sözügedən istiqamətdə fəaliyyət göstərməkdir.
O da əbəs və təsadüfi deyil ki, “muzeydə” çəkilən fotoların birində “Arsaxın” əski parçası da yer alıb. Bütün bunlar isə eyni zamanda, belə bir nəticəyə də gəlməyə zəmin yaradır – görünür, Azərbaycan xalqının, dövlətinin əsgərinin, zabitinin səbrini son həddə çatdırmaq üçün bənzər təxribatlar bundan sonra da hələ çox törədiləcək. Onlar bizim əsəblərimizin üzərində sistemli şəkildə oynamağa davam edəcəklər.
Sümüklər sızlayır...
Bu gün Xocalıda bazaların quran RSK erməni separatçılarının onlar üçün keçirdikləri konsertlərə həvəslə qulaq asırlar.


Elə də uzaqda olmayan ərazilərdə isə 30 il əvvəl vəhşiliklə qətlə yetirilən xocalıların – ana-bacılarımızın, qoca babalarımızın, körpə balalarımızın, hamilə qadınlarımızın, atalarımızın sümükləri sızlayır.



Yeri gəlmişkən, indi həmin sümüklərin üzərində erməni separatçıları qəsəbə salırlar, evlər inşa edirlər, infrastruktur yaradırlar və beləcə təxribatçı əməllər davam edir. Amma!
Amma hər səbrin də tükənən bir vaxtı olur və artıq həmin səbrin vaxtı da daralmağa başlayır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB