Aleksandr Perendjiyev: Qarabağdakı ermənilərin heç bir qərar vermək səlahiyyəti yoxdur - ŞƏRH
Hərbi ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perendjiyev “Moskva-Baku” portalına şərhində Qarabağdakı erməni seperatçılarının əməlləri ilə bağlı fikirlərini bildirib. SİA ekspertin fikirlərini oxucularına təqdim edir.
- Sual yaranır ki, Qarabağda yaşayan bu insanların hansısa “işğaldan” danışmağa haqqı varmı, hansısa “qanun” qəbul edə bilərmi? Prinsipcə, bu insanların legitimliyi, qanuniliyi varmı? Bu “DQR”-in qərar qəbulu məsələsində subyektivliyi varmı? Axı ərazilərin işğalı Ermənistan tərəfindən edilmişdi, üstəlik, bu, Azərbaycan əraziləri idi. Rusiya-Azərbaycan-Ermənistan formatı var. Baş nazirin müavinləri səviyyəsində komissiya var. Hesab edirəm ki, üçtərəfli formatda danışıqlar çərçivəsində bu qalan ərazi ətrafında vəziyyətə aydın siyasi qiymət verilməlidir. Və beləliklə, vəziyyət qeyri-müəyyən qalır və özünü “dövlət” adlandırılan əraziyə əslində heç kimin onları çağıra bilməyəcəyi adamlar nəzarət edir. Ona görə də hüquqi cəhətdən Rusiya, Azərbaycan və Ermənistan Qarabağdakı “müvəqqəti yerli rəhbərlik”lə bağlı qərar qəbul etməlidir.
Məlumdur ki, sülhməramlıların vəzifəsi separatçılara qarşı döyüşmək deyil, bu onların mandatı deyil. Onların mandatı hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaqdır. Qalan məsələləri isə siyasətçilər həll edir. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır. Bu sənədləşdirilmişdir. Ona görə də bu gün üçtərəfli siyasi proses baxımından qiymət verilməlidir. Üçtərəfli danışıqlar prosesi çərçivəsində bu şəxslərin Qarabağdakı hərəkətlərinə dəqiq qiymət verilməyənə qədər, onlar özləri haqqında nə isə açıqlayacaqlar.
Açıqca qeyd etmək lazımdır ki, bu “kişilərin” heç bir subyektivliyi yoxdur. Və Dağlıq Qarabağın sakinlərinin, etnik ermənilərin statusu müəyyən edilib, bu ərazilərin statusu müəyyən edilib. Burada bir qüsur var. Bir tərəfdən beynəlxalq hüquq nöqteyi-nəzərindən məlumdur ki, bura Azərbaycan ərazisidir, digər tərəfdən Azərbaycanın nəzarəti altında deyil. Azərbaycan bu problemi üçtərəfli danışıqların gündəliyinə salmalıdır, o cümlədən bu ərazilərə bir növ neytral status verə bilər. Bu, revanşist motivlərlə həm Azərbaycan Silahlı Qüvvələrinə, həm də mülki şəxslərə hücuma cəhd edən silahlı şəxslərin bu ərazidə qalmasından daha yaxşıdır. Aydındır ki, bunda yaxşı heç nə yoxdur. Bu baxımdan, Rusiya buradakı hər şeyi qeyd etməlidir.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB