Ramiz Mehdiyev istefa verdi - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. SİA xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

AMEA Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məsələyə münasibətində qeyd edib ki, AMEA-nın prezidenti Rəyasət Heyətinin bu gün keçirilən iclasında istefa verdi. AMEA-ya konkret kimin rəhbərlik edəcəyinə gəlincə, bu kimi suallar açıq qalır. Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digər kollegial məsələdir, AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir”.

Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir.

Ramiz Mehdiyevin AMEA-dan yola salınma görüntüsünü təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə