...Artıq neçə gündür ki, Azərbaycanın Qarabağdakı “erməni abidələri” üzərindəki erməni izlərini “silib” və onları tarixi alban abidələri kimi təqdim etmək istəyinə qarşı guya İrəvanda, passiv də olsa, ehtirazlar baş qaldırmaqdadır. Ona görə də “qədim erməni xalqı” burada da özünü haqlı bildiyi üçün “öz haqqını tələb edir”...
Maraqlıdır, artıq bununla bağlı “narazılığın artmasının” üçüncü günü olmasına baxmayaraq, amma nə hakimiyyətin, nə erməni ictimaiyyətinin, nə də ermənilərə “canı yanan” beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı etiraz bəyanatlarına heç bir reaksiya verilməyib. Bircə, yunan diplomatı Leonidas Chrysantopoulos, bir də fransalı “ermənişüns” deputat Natali xanım Loizeau “erməni harayına” səs veriblər ki, bu da, təbii ki, heç nəyi dəyişməyir...
Bundan əlavə, hazırda Ermənistanın nə Xarici İşlər Nazirliyi, nə parlamenti, nə Elmlər Akademiyası nə də Tarix İnstitutu bu məsələ ilə bağlı YUNESKO-ya müraciət belə eləməyiblər.
Hətta ötən gün bunula bağlı Erməni Apostol Kilsəsinin bəyanatına ABŞ-ın Dini Azadlıq Komissiyası reaksiya versə də, amma hazırkı hakimiyyət müharibədən sonrakı son il yarım ərzində YUNESKO missiyasının Qarabağa səfərinə nail olmaq üçün heç nə etmək istəmir.
...Və bu gün belə görünür ki, etməyəcək də. Niyə, əslinə qalsa bunu Nikol hakimiyyətinin “ehtiyatlı davranışı” kimi də qəbul etmək olar. Çünki bu gün YUNESKO missiyasının Qarabağa “işgüzar səfərə” dəvət edilməsi ilə bağlı canfəşanlıq edən bəzi erməni təbliğatçılarından fərqli olaraq, Nikol və onun ətrafı Qarağdakı əksər tarixi abidələrin, erməni xaçkarların müdaxilə etmələrinə baxmayaraq, nə erməni və nə də erməniçiliklə heç bir əlaqəsinin olmadığını çox yaxşı bilirlər.
Bəlkə elə buna görə də, yeni erməni yalanlarının dünyada faş olunmasından ehtiyatlanan Nikol hakimiyyəti YUNESKO missiyasının Qarabağa gəlişini “münasib” bilmir.
Yeri gəlmişkən, bu gün özünü dünyaya “demokratik bir ölkənin mədəni nümayəndələri kimi sırımağa çalışan” ermənilər vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarında 192 ziyarətgah, 144 məbəd, 67 məscidi yerlə bir ediblər. Əslində, bəlkə də mənim sadaladığım bu rəqəmlər reallığı elə də əks etdirmir. Çünki, bundan əlavə, “mədəni millət mücəssəməsi olan ermənilər” Azərbaycana məxsus nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatını da oğurlayıb talan ediblər.
Onu da bildirək ki, Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
...İndi YUNESKO missiyasını Qarabağa çağırmaqda “israrlı” olan ermənilər, görən, bunları bilirlərmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB