Avropanın özü də güc mərkəzi olmaq istəyir - SİYASİ EKSPERT RƏY VERDİ
“Fransa prezidenti Emmanuel Makronun Rusiya səfəri əslində ABŞ-Rusiya qarşıdurması fonunda dəyərləndirilməlidir. Çünki əvvəldən baxdıqda Ukranya üzərində başlayan bu qarşıdurma ötən ilin dekabrından artıq daha açıq formada keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, hər iki cəbhə həm Rusiya, həm də Amerika Avropanı öz yanında görmək istəyir: “Bu da Avropanın ilk öncə Rusiya və Amerikanın dünyanı nüfuz dairəsinə bölmək istədiyi bu prosesdə güc mərkəzi olmaq rolunu zəiflədir. Çünki Avropanın özü də güc mərkəzi olmaq istəyir. Yeni dünya nizamında onun da varlığı ilə hesablaşılmasını istəyir. Bu proses göstərir ki, Amerika Avropanı öz cəbhəsində görmək istəyir. Rusiya da qaz açarından xüsusilə istifadə edərək Avropanın Vaşinqtonla Rusiya cəbhəsini geri almamasına çalışır.
Makronun Moskva səfəri, o cümlədən həmin gün Vaşinqtonda müzakirələrin aparılması da buna hesablanaraq atılmış addım idi. Burada təbii ki, bir neçə səbəblər var. Bunlardan biri də qaz, enerji məsələsidir. ABŞ ötən ilin sentyabrından istəyirdi ki, Rusiyanın Avropa verdiyi qaz tədarükünün qarşısı alınsın. Xüsusilə də pandemiyadan sonra yenidən işə başlanmış, bu isə qaza olan tələbatı daha da artırmışdı. O ki, qaldı Rusiya bu vəziyyətdən istifadə edərək, “Şimal axını 2” layihəsinin işə salınmasını əsas şərt kimi irəli sürdü. Son proseslər artıq daha kəskin formaya keçdikdən sonra Rusiyanın ümumiyyətlə qaz məsələsinə, qaz tədarükünü dayandıra biləcəyi halda gözləntiləri var idi. Bu Avropa üçün ciddi təhdidlər yaradırdı. O cümlədən “Şimal axını 2” layihəsi Almaniyanın da marağında deyil. Yəni qeyd etdiyimiz kimi əsas məsələ enerji məsələsidir.
İkincisi, Ukraynada baş verə biləcək mümkün eskalasiya bütün Avropaya yayıla bilər. Yəni bu kimi risklər var. Digər tərəfdən kiçik də olsa hər hansı bir eskalasiya, hər hansı bir toqquşma Avropanın NATO öhdəliklərini gündəmə gətirəcək. Məcbur edəcək ki, Avropa cəbhəsində yer alsın. ABŞ cəbhəsində yer alması isə həm enerji təhlükəsizliyini təhdid altına atır, həm də ümumiyyətlə Avropanın güc mərkəzi olması rolunu zəiflədir. Makron məhz Avropa İttifaqının sədri kimi bu çətinlikləri aradan qaldırmağa çalışır, daha aktiv rol oynamaq istəyir. Təbii ki, Makron həm də Avropanın yeniliyində rol oynaması istiqamətində çalışır. Fikrimcə, Makronun Rusiya səfəri buna hesablanmışdır. Ardınca Kiyevə səfəri də müəyyən razılaşmalara səbəb oldu. Minsk razılaşmaları istiqamətində davam etdirilməsi məsələsi gündəmə gəldi. Bunun belə davam edəcəyini də demək hələ çətindir. Çünki Amerikanın da burada hələ ata biləcəyi müəyyən addımlar var. Amerikanın ata biləcəyi addımlara baxmalıyıq.
Rusiya bir tərəf, Amerika bir tərəfdirsə, artıq Avropa da bir tərəf olmaq istəyir. Seçim etmək məcburiyyətində qalmaq istəmir. Bu məsələnin siyasi tərəfidir. Lakin ən çox müzakirə olunan məsələlərdən biri də Makronun Putin tərəfindən qəbul edilməsi məsələsi idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB