Görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir - MÜNASİBƏT BİLDİRİLDİ

"Fevral ayının 4-də keçirilən görüş Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutmuşdur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib: "Görüşdə bir sıra post-müharibə dövrünə aid məsələlər müzakirə olunub. Qeyd edim ki, humanitar məsələlər müzakirə olunmuş, eyni zamanda etimad mühitinin yaradılması, kommunikasiyaların açılması, dəmir yolu və avtomobil nəqliyyat yollarının açılması, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr aparılmışdır. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunulub.

Görüşdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məlumatlar Ermənistan tərəfindən cənab Prezident İlham Əliyevə təqdim edilmişdir. Eyni zamanda kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. Bu görüş Azərbaycanın növbəti diplomatik, uğurlu qələbəsidir. Bu görüş Moskva, Soçi və Brüssel görüşlərinin ruhuna uyğundur. Azərbaycanın qoyduğu məsələlərin müzakirəsi ətrafında aparılmışdı".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə