"Aİ Azərbaycanın istəklərini yerine yetirmək məcburiyyəti ilə üzləşib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Alternativsiz hər zaman diqtə edən tərəf Rusiyadır. Bu isə Rusiyanın əlində müəyyən manipulyasiyalar və təzyiq mexanizmləri üçün şərait yaradır". Bunu SİA-ya açıqlamasında Politoloq Natiq Miri deyib.

Natiq Miri qeyd edib ki, bu cür rəqabətli prosesin olması bir tərəfdə Avropa İttifaqı kimi çox ciddi geosiyasi məkanın, digər tərəfdə Rusiyanın olması proseslərin irəliyə doğru inkişaf etməsinə şərait yaradacaq: "ATƏT-in Minsk qrupunun və Dağlıq Qarabağ münaqişəsinin adının çəkilməməsi, eyni zamanda Qarabağın statusunu ilə bağlı məsələlərin müzakirə predməti olmaması Makronun istəyi ilə baş verdiyini göstərmir. Bilirsiniz ki, gündəm müəyyənləşdirilib və razılaşdırılıb. Bu məsələlərin səsləndirilməyi Azərbaycanla müəyyən anlaşılmamazlığa gətirib çıxardardı. Azərbaycan Prezidenti bu məsələlərin müzakirə predmetini olmasına icazə vermir. Azərbaycan istəmədiyi üçün bu mövzular gündəmə salınmayıb. Avropa İttifaqının prezidenti Şarl Mişel və Fransa prezidenti Makron Azərbaycanın sevdiyi üçün bu hadisələr baş verməyib. Bu hadisələr bilavasitə siyasi iradələrin ortada olduğunu göstərir. Avropa İttifaqı Azərbaycanın istəklərini yerine yetirmək məcburiyyəti ilə üzləşib".

Politoloq fikirlərinin davamı olaraq bildirib ki, üçtərəfli görüşün nəticəsi ondan ibarətdir ki, Azərbaycan 8 erməni əsrini geri qaytarıb: "Adekvat olaraq Ermənistan da üzərinə öhdəlik götürüb ki, birinci Qarabağ müharibəsi dönəmində itkin düşən insanların ən azından yeri haqqında məlumat versin. İnsanların kütləvi məzarlıqlarda dəfn olunması böyük bir müharibə cinayətinin olmasıdır. Bu isə ermənilərin nə qədər faşist ideologiyaya xidmət etdiyini göstərən məsələdir. Ermənistan rəhbərliyi hələ də ikili oynadığı üçün sülh sazişi imzalanması prosesi çətinləşib. Ona görə də bugün Ermənistanla sərhədlərin müəyyənləşməsi, kommunikasıyaların açılması məsələsi prespektivdə o qədər də önəmli deyil. Bu gün Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ 10 noyabr bəyanatının icra olunmasıdır. İlk növbədə 10 noyabr bəyanatının icra olunmalıdır, əgər icra olunmazsa Azərbaycan Laçın dəhlizini bağlamalıdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə