Bu, əlaqələrin normallaşma prosesinə müsbət təsir göstərəcək - SİYASİ EKSPERT AÇIQLADI
"Paşinyanın mart ayında Türkiyəyə səfər etməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addım sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, bu günə qədər görüşlər neytral ölkələrdə keçirilirdi: "Amma bu dəfə Ermənistan rəhbərliyi özündə qətiyyət taparaq Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addım atır. Əvvəlki iki ölkə arasında aviareyslər açıldı, sonra görüşlər intensivləşdi. Əlbəttə ki, təcrübə göstərib ki, Ermənistan hər hansı üçüncü qüvvənin təsiri altında qərarlarını dəyişmiş olur. Ümid edək ki, bu dəfə belə olmaz. Hərhalda Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına həm Rusiya, həm Qərb indiki məqamda loyal yanaşır. Çünki son dövrlər həm Avropa İttifaqı həm də Rusiya danışıqlarda vasitəçilik prosesində fəal iştirak edir. Paşinyanın Türkiyəyə səfəri baş tutarsa və burada pozitiv dinamika olarsa, əlbəttə ki, bu bütün region, o cümlədən Ermənistanın Azərbaycanla da əlaqələrini normallaşma prosesinə müsbət təsir göstərəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB