YAP Qazax rayon təşkilatında yeni sədrin təqdimatı mərasimi keçirilib - FOTOLAR
03 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında rayon təşkilatına yeni sədr təyin olunmuş Anar Telman oğlu Nəbiyevin ərazi partiya təşkilatı sədrlərinə təqdimatı ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən əvvəl YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və bir qrup partiya fəalı Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək onların əziz xatirəsinə öz dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov açıb. Azərbaycanın ötən dövr ərzində yüksək nailiyyətlərə, yeni – yeni uğurlara imza atdığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulub. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib.
Araz Xudadanov qeyd edib ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu vardır. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında yüksək səviyyədə təbliğ edirlər.
2021-ci ilin mart ayında keçirilən YAP-ın VII Qurultayı və Qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar YAP-ın gələcək fəaliyyətində böyük önəm daşıyan amillərdən olduğu Araz Xudadanov tərəfindən xüsusilə vurğulanıb.
Araz Xudadanov YAP Qazax rayon təşkilatına yeni sədr təyin olunmuş Anar Telman oğlu Nəbiyev haqqında ərazi partiya təşkilatı sədrlərinə məlumat verib.
Sonra YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ona göstərilən bu yüksək etimada görə partiya rəhbərliyinə öz dərin minnətdarlığını bildirərək bu etimadı əməli işləri ilə, yüksək fəallığı ilə doğruldacağına söz verib.
Sonra 107 saylı Qazax Dairə Seçki Komissiyası üzrə Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, qocaman partiya fəalı, əməkdar müəllim Bəsti Ələkbərova, partiya fəalı İsgəndər Qurbanov çıxış edərək, YAP Qazax rayon təşkilatının yeni sədrini təbrik ediblər və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB