"Şuşaya qayıdış çox yaxın vaxtlarda baş verəcək" AÇIQLAMA

"Bu il 2022-ci ili Cənab Prezident İlham Əliyev Şuşa ili elan etdi. Bu ilin Şuşa ili elan edilməsi müstəsna əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə qeyd edib ki, 2021-ci ilin may ayının 7-də Cənab Prezident tərəfindən Şuşa şəhərinin tarixi mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olmasını rəhbər tutaraq, Şuşanı mədəniyyət mərkəzi elan etmişdir: "Yanvarın 5-də Cənab Prezidentin sərəncamı ilə Şuşa ili elan olunmasının vacib məqamları var. Şuşa mədəniyyət mərkəzi elan olunması ilə bağlı burada müəyyən işlərin görülməsi daha da sürətləndirmək və demək olar ki, işğaldan azad olan ərazilərimizdə Şuşaya xüsusi diqqət edildiyi üçün bu il Şuşa ili elan edildi. Çünki Şuşa Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatında mühüm rol oynayan şəhərdir.
Qeyd edim ki, ordumuzun qətiyyətli mübarizəsi nəticəsində noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu, yalnız Şuşa şəhərinin azad olunması deyildi, həm də ermənilərin kapitulyasiya sənədinin imzalanmasına gətirən səbəblərdən biri idi. Şəhərə həmin dövrdə və işğalda qaldığı müddətdə tarixi mədəni irsinə və təbiətinə vurulan zərərlər aradan qaldırılması ilə bağlı dövlətin xüsusi diqqəti var. Bu baxımdan, Şuşa ilinin elan olunması belə hesab edirəm ki, Şuşada dövlət idarəetməsinə xüsusi diqqət yetirməklə burada başlayan təxirəsalınmaz işlərin görülməsi bərpa və quruculuq işlərinin aparılması Şuşanı həm dövlətimiz, həm də xalqımızın istifadəsinə verilməsi və abad şəhərə çevrilməsi istiqamətində çox ciddi işlər gedir. Bunun nəticəsində bu İl Şuşa ili elan olundu. Dövlətimiz Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşır. Bu da Cənab Prezidentin sərəncamlarında özünü əks etdirir. Şuşa Azərbaycanın bir çox ziyalısını və mədəniyyət xadimlərini yetişdirən şəhərdir. Belə hesab edirəm ki, Şuşaya qayıdış çox yaxın vaxtlarda baş verəcək. Bu ilin sonlarına qədər Şuşa şəhərinin bərpasının tamamlanması nəzərdə tutulub.
Ümid edirəm ki, 2022-ci ilin sonuna qədər Şuşa tam bərpa edilərək əvvəlki möhtəşəm görüntüsünə qayıdacaq. Şuşa Azərbaycan xalqının ən müqəddəs şəhərlərindən biridir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə