Qanlı yanvar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb - MÜNASİBƏT BİLDİRİLDİ

“Əlbəttə ki, 32 il bundan əvvəl Azərbaycan xalqına belə divan tutulması və Azərbaycan xalqının yaşadığı bu faciənin arxasında o dövrün bir sıra geosiyasi proseslərinin müəmmaları və daha doğrusu geosiyasi oyunlarda gizlənən məqsədli məkirlər dayanırdı. Buna görə də o zamankı SSRİ rəhbərliyi konkret olaraq erməni diasporunun əlində oyuncağa çevrilib”. Bu sözləri SİA-ya açıqlamadında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, erməni diasporunun oyunları nəticəsində hakimiyyətə gətirilmiş Mixail Qorbaçov məhz öz ağalarına yaltaqlanmaq və onların qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan xalqına qarşı bu cür qəddarcasına rəftar etmişdir: “Bunun arxasında dayanan əsas məqam bu idi. Sözsüz ki, konkret olaraq erməni diasporundan aldığı hədiyyələr və ianələr qarşısında bu addımları atırdı və ümumiyyətlə hakimiyyətə gəldiyi ilk dövrlərdən Heydər Əliyevi yüksək vəzifələrdən uzaqlaşdırmaq siyasətinin arxasında da məhz bu dayanırdı. Bu bir növ Azərbaycan xalqından qisas almaq, Azərbaycan xalqına qarşı həmişə təcavüzkar siyasət aparan ermənilərin, erməniçilik ideoloqlarının qul-beçəsi olan Qorbaçovun həyata keçirdiyi hədd idi. Artıq bir çox məsələlər aydınlaşıb və bunun arxasında hansı məqsədlərin gizləndiyi də aydındır. Ola bilər ki, bəli hələ yaxın olmasa da ən azı bir ortada, uzaq tarixdə orada hətta bizim geniş ictimaiyyətə məlum olmayan bir çox hələ məsələlər də açılacaq, bir çox müəmmalar da öz cavabını tapacaq. Amma bir məsələ aydındır ki, Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığı həm Qorbaçova, həm onun yaltaqlıq etdiyi ermənilərə, həm də dünyada erməniçilik ideoloqlarını dəstəkləyən bir sıra qüvvələrə tutarlı cavab oldu. Onların hamısına çatdırıldı ki, heç bir faciə, heç bir Azərbaycan xalqına qarşı tutulan divan bu xalqın iradəsini qıra bilməyəcək.

Sözsüz ki, Azərbaycanı müstəqilliyə aparan yol məhz 20 yanvar faciəsindən keçdi. Düşünürəm ki, bu bizim üçün nə qədər qəribə səslənsə də fəxarət günüdür. Yəni bu qanlı yanvar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Əlbəttə ki, Azərbaycan xalqına qarşı o cinayəti işlədən Qorbaçovun özünün taleyinə baxın. Onun ümumiyyətlə belə bir gülünc vəziyyətdə yaşamaqdansa, öz xalqı tərəfindən, hətta Rusiya tərəfindən birbaşa lənətlənən bir şəxs kimi yaşamaqdansa özünün intihar etməsi daha yaxşı olardı. Bəlkə ona o zaman hörmət daha çox olardı. Amma o özünün şərəfini və ləyaqətini nə qədər alçaldıb ki, bütün bu yükü, bu ləkəni üzündə yaşadır. Ölüm ondan daha şərəflidir. Düşünürəm ki, belə bir adam gec-tez tarixin məhkəməsi qarşısında cavab verəcək. Düşünürəm ki, bu müstəvidə ola bilsin ki, gələcəkdə hələ bizim üçün bir çox müammalı qalan və açıq olmayan məqamlar üzə çıxacaq və bunu bütün dünya biləcək, bütün tarix biləcək. Bugünkü gündə mən öz xalqıma başsağlığı verərək bu sözləri deyə bilərəm”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...