Qusar rayonunun Böyük Muruq kəndində Vətən müharibəsi şəhidi Həsənov Afik Namik oğlunun ildönümü mərasimi keçirilib. Anım mərasimində YAP Qusar rayon təşkilatının rəhbərliyi, Qusar rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi, rayonun idarə-müəssisə rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib və ruhuna dualar oxuyaraq, xatirəsini yad ediblər. Anım mərasimi şəhidin ailəsi ziyarət olunmaqla davam edib. Ziyarət zamanı şəhidin atası Namik Həsənov ölkə başçısı İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, öz minnətdarlığını bildirib. Qeyd edək ki, şəhid Afik Həsənov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB