Görülən işləri xalqımız unutmamalıdır - PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

"1990-cı ilin 20 yanvar hadisəsinə ilk siyasi qiymət Naxçıvanda verildi. Heydər Əliyevin rəhbərliyi altında hadisənin günahkarları elan edildi və hadisənin baş vermə səbəbləri göstərildi. Eyni zamanda orada bu barədə qərar qəbul edildi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O, qeyd edib ki, çox təəssüf ki, uzun illər Azərbaycanda belə qərar olmadı. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Azərbaycan parlamentində bir neçə gün davam edən müzakirələr oldu və 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Göstərildi ki, 20 Yanvar Azərbaycanın müstəqillik uğrunda mübarizəsində mühüm bir mərhələdir.

Abutalıb Səmədov bu barədə fikirlərini belə izah edib: "Təkcə, Azərbaycanın yox, bütövlükdə ittifaq respublikalarının müstəqil olmasında Azərbaycan şəhidləri müstəsna rol oynadılar. Onlar təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Qazaxıstan və başqa dövlətlər üçün də mübarizə apardılar və onların müstəqilliyi uğrunda şəhid oldular. Təbiidir ki, bu bizim qəhrəmanlıq tariximizdir. Bu bizim əbədi yaşayacaq, gələcək nəsillərin də qürurla öyrənəcəyi, xatırlayacağı tarixdir. Bu tarixin də layiq olduğu siyasi qiyməti almasında müstəsna rol ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev xalqın ən ağır günlərində, 20 Yanvar hadisəsi baş verəndə Moskvada buna etiraz etdi. O, günahkarların adını çəkdi. Sonra Naxçıvandakı fəaliyyəti dövründə bu məsələni Naxçıvan parlamentində müzakirə etdi. Orada siyasi qiymətin verilməsinə nail oldu. Sonradan da, dediyim kimi 1994-cü ildə Azərbaycan parlamentində siyasi qiymət verildi. Nə şəhidlərimizin Azərbaycan üçün göstərdiyi fədakarlıq, nə də ulu öndərin onların xatirələrini əbədiləşdirilmək istiqamətində atdığı addımları və gördüyü işləri xalqımız unutmamalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...