Qarşıdurma dünyanın yeni düzənini müəyyənləşdirəcək - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya ilə Qərbin qarşıdurması Ukraniyadan öncə başlamışdır. 2014-cü ildə Rusiya Ukraniyada uduzduqdan sonra bu məsələlər çox sürətlə irəliləməyə başladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Rusiya Krımı ihlaq edib: "Həm Donetsk vilayətini, həm da Luqansk vilayətini yəni rusların çox yayıldığı əraziləri Rusiya kəşfiyyatının əli ilə işğal etdilər və onu guya müstəqil dövlət kimi gündəmə gətirdilər. Rusiyanın burada maraqları var. Rusiya NATO-nun yaxınlaşmasını istəmirdi. Rusiya Ukraniyanı öz işğal siyasətinə daxil etmək istəyir. Yəni məqsədi budur. Çünki Ukraniya Rusiyadan sonra ən böyük xristian dövlətidir. Ukraniyanın həm ərazisi böyükdür, həm də potensialı böyükdür. SSRİ-nin bütün hərbi zavodları Ukraniyada yerləşmişdir. Çünki Xruşşovdan bu yana SSRİ-ni idarə edən şəxslərin əksəriyyəti ukrayna kökənlidir. Ukraniya həm də Rusiyanın Avropaya açılan qapısıdır. Bütün bunlara baxmayaraq Rusiya yenə də işğalçılıq siyasətini davam etdirir. Əslində NATO-nun onun sərhəddinə yaxınlaşması Rusiyanı narahat etmir. Əgər Ukraniyanı NATO-ya qəbul etsələr belə Rusiyanın hər hansı bir güc tətbiq edəcəyinə inanmıram. Amma Rusiya son ümid kimi bundan istifadə edir.
Rusiyanın əsas məqsədi SSRİ-ni bərpa etməkdir və bilir ki Ukraniya buna daxil olmayacaq. Krım, Donetsk, Luqansk artıq Rusiyanın nəzarətindədir. Layihə bundan ibarət idi. Qazaxıstan da bu səbəblə işğal olundu. Lakin Türkiyənin güclü təhdidləri sayəsində Rusiya oradan çıxmaq məcburiyyətində qaldı. Rusiya işğal altına aldığı torpaqlarla yeni bir saxta dövlət qurmaq istəyir. SSRİ yox Avrasiya İttifaqı adı altında bir dövlət qurmaq istəyir. Bura Donetski, Luqanskı, Dnestryanı qatmaq istəyir, Cənubi Osetiyanı, Abxaziyanı, Orta Asiya ölkələrini daxil etmək istəyir. Xankəndi və onun ətrafındakıları Dağlıq Qarabağ adı ilə birləşdirmək istəyir. Yəni mənim analizim bu yöndədir. Ermənistan təbii ki, Rusiyanın əlindədir. Bu hadisələri Qərb çox gözəl başa düşür. Ona görə də Ukraniyanı onun nəzarətindən çıxarmaq istəyir. Hər halda bunların arasındakı qarşıdurma nəticəsiz qurtarmayacaq. Fevral ayında bu qarşıdurma pik həddə çatacaq. Çünki Rusiya İttifaq dövlətini yaratmaqda gecikir. O çalışacaq ki, keçmiş sovet respublikalarınının gözünü bu yolla qorxutsun və onları bu ittifaqa qoşulmağa məcbur etsin. Hər halda Tokayevin timsalında bunu görmək mümkündür. Siyasət bundan ibarətdir. Rusiya bir şeyi unudur ki, təkcə Qərb onun əleyhinə deyil, burada Türkiyə faktoru da var. Eyni zamanda Çin faktoru da çox güclü bir faktordur. Yəni Çinin də marağındadır ki, Rusiya çöksün. Digər keçmiş sovet respublikaları da bu imperiyadan qurtulmaq istəyirlər. Hər halda bu qarşıdurma dünyanın yeni düzənini müəyyənləşdirəcək. Elə bir ehtimal da var ki, Qərb Rusiyadan qorxa da bilər. Çünki Qərb bu günə qədər hər hansı bir ağıllı addım atmayıb. Bu məsələnin də gündəmə gəlmə ehtimalı var. Amma Türkiyə faktoru da var. İstəmərəm ki, Türkiyə-Rusiya qarşıdurması olsun. Ancaq ayrı yol da yoxdur. Ona görə də Qərb ciddi bir atmalıdır. Yoxsa Rusiya lap həyasızlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB