Prezident İlham Əliyev çox ciddi bir məsələni ortaya qoydu - MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
"Cənab Prezident İlham Əliyevin dünən yerli telekanallara geniş müsahibəsi əslində Azərbaycan xalqı qarşısında növbəti hesabatı idi. Cənab Prezident vaxtaşırı ölkə qarşısında duran bəzi məsələlərin həlli və yaranan çətinliklərin dəf edilməsi barədə xalqı məlumatlandırır. Prezident dünənki müsahibəsi ilə bir çox məsələlərə aydınlıq gətirdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, hətta biz bəzi məqamların ilk dəfə idi ki, şahid olurduq. Müstəqiliyimizin qorunması, milli maraqlarımızın müdafiə edilməsi heç də asan başa gəlməyib: "Lakin xalqın etimadını qazanan, problemlərin həlli ilə bağlı dəqiq düşüncəsi və proqramı olan liderlə bu kimi çətinliklərin üstəsindən gəlmək mümkündür. Müsahibə də ilk dəfə olaraq bəzi dövlətlərin azərbaycanla bağlı mövqeyinə münasibət bildirildi. Bir müstəqil dövlət kimi Azərbaycan böyük dövlətlərin bu və digər məsələlərdə mövqeyi ilə razılaşmadı. Beynəlxalq təşkilatların fəaliyyətinə qiymət verildi. Avropa Birliyinin azərbaycanla bağlı münasibətlərinə yüksək qiymət verilməsi, bu beynəlxalq təşkilatla Azərbaycan arasında qurulan konstruktiv əməkdaşlıqdan və bir-birinin maraqlarına hörmətlə yanaşma kontekstinin qurulduğunu göstərir.
Azərbaycan üçün ən vacib məsələlərdən biri bu gün Ermənistanla münasibətlərin qurulmasıdı. Əlbəttə, bu məsələ Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki açıq dənizə çıxışı olmayan, qonşu dövlətlərə torpaq iddiasında olan bu ölkənin Azərbaycanla münasibətlərinin qurulması ilk növbədə onlar üçün vacibdi. Bununla bağlı olaraq cənab Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanımalı və mehriban əlaqələrin qurulmasına xidmət etməli olduğunu bildirdi. Bu münasibətlərin qurulması Ermənistanın bu gününə və sabahına lazım olan vacib bir məsələdir. Azərbaycan üçün Zəngəzur dəhlizinin qurulması bu ərazidən Naxçıvana quru yolun çəkilməsi olduqca vacib məsələlərdəndir. Ermənistan buna müqavimət göstərsə də, ancaq Baş nazir müavinlərinin Moskva görüşlərində artıq bununla bağlı razılıq əldə olunmuşdu. Azərbaycan Prezidenti xalqının qətiyyətini və istəyini konkret olaraq ortaya qoydu. Eyni zamanda Prezident bildirdi ki, bizim Ermənistanın ərazisini tanımamaq kimi üstünlüyümüz var. Ermənistan Azərbaycan torpaqları üzərində qurulub və zaman-zaman Azərbaycana daxil olan Sovetlər Birliyi bizim torpaqlarımızı yəni Zəngəzur, Göyçə, qədim Yeravan, Mehri regionlarını onlara bağışlayıb.
İlham Əliyev prinsip etibarı ilə çox ciddi bir məsələni ortaya qoydu. Azərbaycan Prezidenti 44 günlük müharibədə hərbi quruculuğun daha da gücləndirilməsi üçün nəticələr çıxarıldığını və bu sahədə müəyyən işlərin görüldüyünü bir daha vurğuladı. Bu baxımdan Azərbaycan xalqı ərazi bütövlüyümüzün silahlı qüvvələr tərəfindən bundan sonra da qətiyyətlə ən yüksək səviyyədə qorunacağını göstərdi. Cənab Prezident bildirdi ki, Ermənistandan Azərbaycana qarşı hər hansısa bir təhdid olunacaqsa, biz hətta Ermənistanı içindən məhv etməyə hazırıq. Eyni zamanda bu çox ciddi bir xəbərdarlıq idi. Ermənistan tərəfi bundan nəticə çıxarmalı və onların revanşist qüvvələri bilməlidi ki, Azərbaycanın ərazi bütövlüyünə, müstəqliyinə və suverenliyinə toxunmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB