“Nəyə görə başqaları üçün belə şeyləri yazmaq ayıbdır, bizə isə ayıb deyil?” Filip Ekozyants+foto

“Nəyə görə başqaları üçün belə şeyləri yazmaq ayıbdır, bizə isə ayıb deyil?” Filip Ekozyants+foto

Tanınmış erməni etnoqraf tarixçisi və alimi, davamlı olaraq ermənilərin “Böyük Ermənistan” nağıllarını ifşa edən, buna görə zaman-zaman təqiblərə məruz qalan Filip Ekozyants növbəti fikirləri ilə gündəmə gəlib. O, ermənilərin az qala bütün dünyanın onlara məxsus olması iddialarına hər zaman olduğu kimi həm ironik, həm də düşündürücü fikir bildirib.

SİA xəbər verir ki, Facebook səhifəsində sözügedən mövzu ilə bağlı maraqlı paylaşım edən Ekozyants yazıb: “Vikipediyanı açdım. “Ərzurum-tarixi Qərbi Ermənistanda olan şəhər...”.

Təsəvvürümə İtaliya vikipediyasındakı belə bir mətni gətirdim: “Paris-tarixi Şimali İtaliyada olan şəhər; monqollarda: Moskva-Qərbi Monqolustanda tarixi şəhər; almanlarda: “Roma-tarixi Qərbi Almaniyada şəhər; İranda: “Tbilisi, İrəvan, İstanbul-Qərbi Persiyada tarixi şəhərlər”...

Qardaşlar, nəyə görə başqaları üçün belə şeyləri yazmaq ayıbdır, bizə isə ayıb deyil? Axı belə şeyi oxumaq da ayıbdır”, erməni alimi nağıllar quran xəyalpərəst soydaşlarını ifşa edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə