20 yanvar hərəkatı müstəqillik uğrunda mübarizənin tərkib hissəsidir - MÜNASİBƏT BİLDİRİLDİ

20 yanvar hərəkatı müstəqillik uğrunda mübarizənin tərkib hissəsidir - MÜNASİBƏT BİLDİRİLDİ

"20 yanvar Azərbaycanın qan yaddaşıdır. Sovet ordusu Azərbaycana daxil olaraq burada qətliam törətmişdilər". Bu fikirləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, burada 150-yə yaxın şəhidimiz olub: "Bu hadisəni Azərbaycan xalqı hər il qeyd edir, şəhidlərin ruhuna hörmət əlaməti olaraq hər il 20 Yanvar faciəsi matəm günü kimi qeyd edilir. Bu hərəkat müstəqillik uğrunda mübarizənin tərkib hissəsidir və bu hadisədən sonra Azərbaycan daha qətiyyətlə müstəqilliyin əldə olunması üçün mübarizəyə başlamışdır. Belə hesab edirəm ki, bu tarix yaddaşımızda müstəqilliyin əldə olunmasının ən vacib günlərindən biri kimi qalacaqdır. 20 yanvarda həm də Azərbaycanda çox sayda insan kommunist partiyası üzvlüyündən çıxdılar. Kommunist rejminə qarşı ümumilli nifrət yarandı və bu da Azərbaycan xalqının birləşməsinə səbəb oldu.

Müstəqilliyimizin əldə edilməsində 20 yanvar hadisələrinin çox önəmli rolu oldu. Hər il Şəhidlər Xiyabanında 20 yanvar günü xalqımız şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq onların məzarlarını ziyarət edirlər. Çox təəssüf ki, o vaxtlar dünya xalqları bu faciəyə SSRİ-nin tərkibində baş verən hadisə kimi baxırdı. Ona görə də Azərbaycana qarşı ədalətli yanaşma olmadı. Azərbaycan xalqı bu dərdi özü çəkdi və özü də sona qədər bu mübarizəni davam etdirdi. İndi biz bütün dünyaya öz qələbəmizdən danışmalıyıq. İşğalçılığa son qoyub öz torpaqlarımızı azad etdiyimizi bütün dünyaya tanıtmalıyıq. 20 yanvar bizim tariximizdir. Tarixi hadisə kimi biz layiqincə qiymət veririk, tanıdırırq. Gələcək nəsillərə bu tariximizi aşılayırıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə