Yerablur məzarlığı artıq onları gözləyir TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, Nikol Paşinyanın KTMT ümidləri necə puç oldu?

Beləliklə, ötən gün Ermənistanın Azərbaycanla sərhədində düşmənin təxribatı nəticəsində bir hərbçimizin şəhid edilməsinin ardınca gözlənilən nəticə baş verdi – qarşı tərəf daha böyük itkilərlə, üstəlik, mövqelərini itirməklə geri çəkildi.

Lakin məsələ həm də digər tərəfdədir. Hazırkı məqamda tərəflərin təmas xəttində situasiya sabitdir. Yəni Azərbaycan tərəfindən kifayət qədər ağır, sərt cavab verildi ki, erməni tərəfi çoxsaylı canlı və hərbi texnika sarıdan qazandıqları itkilərini, eləcə də yaralılarını saymaqla, o cümlədən, ictimaiyyətindən gizlətməklə məşğuldur. Çünki digər məlumata görə, döyüşün baş verdiyi ərazilərdə düşmənin gecədən qalmış meyitlərini topladıqları barədə də bir sıra məlumatlar mövcuddur.

Paşinyan KTMT çərçivəsində Qazaxıstana 100 nəfərlik hərbçi göndərməklə elə sandı ki...

Əlbəttə, cəbhədə qısa müddətlik sakitlikdən sonra Ermənistan tərəfinin yenidən törətməyə cəhd etdiyi təxribatının arxasında kimlərin dayanması da maraqlıdır.

İlk növbədə, ağla gələn məhz Ermənistanın baş naziri Nikol Paşinyandır və özünün belə təxribatçı əmri verməsi kələfiinin bir ucu KTMT-yə söykənir. Daha dəqiq desək, Paşinyan KTMT çərçivəsində Qazaxıstana 100 nəfərlik hərbçi göndərməklə, erməni əsgərlərinin Alma-Atada fəaliyyət göstərən bazarlarında “mühafizə missiyalarını” (xiyar-pomidor satışı pixtaxtalarında dayanmaqla-R.R.) təmin etməklə elə sandı ki, sabah Azərbaycana qarşı silahlı təxribat törədərsə və döyüşlər artıq onların ərazilərində davam edərsə, KTMT dərhal buna reaksiya verəcək, yəni Ermənistanın xeyrinə. Amma sən saydığını say, gör fələk sənin üçün nə sayır...

KTMT Ermənistanın müraciətinə cavab verib: “Operatorlarımız məşğuldur, daha sonra zəng edin”

KTMT ümumiyyətlə, erməni tərəfinin cəhdlərinə reaksiya vermədi və bu gün istər Ermənistan KİV-lərində, istərsə də sosial şəbəkə seqmentlərində əsas çağırışlardan biri də budur ki, Ermənistan bu hərbi alyansı tərk etməlidir.

Beləliklə, Paşinyan hesab edirdi ki, əgər KTMT-ni Azərbaycana qarşı mövqe tutmasına nail olarsa, bu amil onun erməni cəmiyyəti arasında azalmış reytinqinə müəyyən mənada müsbətlik gətirə bilər. Sadəcə, o növbəti dəfə özünün sərsəm və ağılsız siyasətinin qurbanına çevirmiş oldu.

Erməni teleqram kanalları isə bu məsələni ifşa etdilər. Açıq-aydın yazdılar ki, erməni tərəfi KTMT-yə müraciət edib və alyans cavab olaraq operatorların məşğul olduqlarını bildirib.

Son məlumatlara görə, təxribatın qarşısı alınarkən düşmənin canlı itkilərinin sayı 8-10 nəfər arasında dəyişir Yerablur məzarlığı artıq onları gözləyir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...