Əli Kərimli ifşa olunsa da, bəd əməllərindən əl çəkmir ŞƏRH

Əli Kərimli ifşa olunsa da, bəd əməllərindən əl çəkmir ŞƏRH

Bu gün siyasi arenada diqqətçəkən maraqlı məqamlardan biri də AXCP və “Milli Şura” deyilən qurumların baş bilənlərinin sosial şəbəkələr üzərindən Qazaxısanda baş verən iğtişalara, talanlar, dövlət və xalq üçün utancverici hal hesab edilən qarətlərə haqq qazandırmalarıdır. Hətta AXCP sədri Əli Kərimli iğtişaşçılarla eyni mövqedə olduğunu və onları dəstəklədiyini bildirib. Bu isə onu göstərir ki, Ə.Kərimli həm partiyası, həm də Azərbaycan cəmiyyəti üçün çox təhlükəli məxluqdur. Əgər iğtişaşaların törədilməsi üçün mövcud şərait yaransa Ə.Kərimli bu vəziyyətdən öz çirkin məqsədlərini həyata keçirməkdən imtina etməz. Ümumiyyətlə, görünən fakt ondan ibarətdir ki, Ə.Kərimli və onun ətrafında dolaşan trol dəstələri bisavad və dağıdıcı “təfəkkürə” malik olduqlarından milli və dövlətçilik maraqlarına qarşı sərt və dağıdıcı siyasət aparırlar. Xatırlamaq lazımdır ki, bir qədər əvvəl İranın başı əmmaməli molla rejimi ölkəmizə qarşı təhdid və təzyiq siyasəti aparan zaman Ə.Kərimli, C.Həsənli və onların trol dəstələri fars molla rejiminin yanında olduqlarını nümayiş etdirdilər. Təbii ki, Azərbaycanın qəti və sərt mövqeyi İranı diz çökdürdü. Paralel olaraq Azərbaycan hüquq-mühafizə orqanları İranın ölkəmizdəki əlaltılarını zərərsizləşdirdi. Məhz bundan sonra Ə.Kərimli və C.Həsənli sosial şəbəkələrdə İranla qonşuluqdan, əlaqələrin qurulmasının vacibliyindən dəm vurmağa başladılar. Bu arada Ə.Kərimlinin İranpərəst siyasət yürütməsinə qatı müxalifətçi, hal -hazırda Surixdə yaşayan Elbəy Həsənli sərt mövqe bildirib: “İrana bağlı şəbəkənin rəsmi Bakı tərəfindən sıxışdırılması Əli Kərimlini əməlli-başlı narahat edir. Əslində, Əli Kərimli müxalifət lideri kimi bu məsələdə dövlətə dəstək verməlidir. Çünki İrana bağlı bu şəbəkə anti-Azərbaycan məfkurəsinə sahibdir və bizim dövlət olaraq varlığımızı təhdid edir. Əli Kərimli isə İrana məsləhət görür ki, bu şəbəkənin sıradan çıxmasına imkan verməyin, əksinə, şəbəkəni qoruyub saxlamaq üçün Azərbaycanla anlaşın. Əli Kərimli niyə belə deyir? O, hesab edir ki, Azərbaycanda hər hansı bir çaxnaşma yaransa, İrana bağlı şəbəkənin əli ilə ölkəni qarışdırmaq olar. Bu qarışıqlıq üzərindən isə iqtidara gəlmək mümkündür”.

“Odla oynamaqda fayda axtarmağa dəyərmi?”

E.Həsənli Ə.Kərimliyə səhv siyasətindən əl çəkməsi üçün məsləhət verməyi də unutmayır. Bildirir ki, o radikal dinçilərdən siyasi mübarizədə istifadə etmək düşüncəsindən birdəfəlik əl çəksə, yaxşı olar: “Odla oynamaqda fayda axtarmağa dəyərmi? Heç şübhəsiz ki, Azərbaycan olaraq bizə demokratiya lazımdır. Ancaq demokratiya ilə fars millətçiliyinin özəlləşdirdiyi “Qırmızı şiəliyin” sintezi Azərbaycanı fəlakətə sürükləyə bilər”.

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan tanınmış bloger İsmayıl Cəlilov Ə.Kərimlini konstruktiv tənqid etdiyinə görə AXCP trolları tərəfindən təhqirlərə məruz qalmasından giley-güzar edib. Bildirib ki, 2 gündür AXCP-nin trolları kanalıma tökülüşüb: “2 gündür ana-ata söyüşlərini ehtiva edən şərhlərini “facebook” və “youtube” səhifələrimdən pozuram. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən? Əli Kərimli mənim efirimə gəlmir, çünki kanalımı balaca sayır. Yaxşı, başa düşdük. Mənim 4000 izləyicim çox azdır. Amma kanalım balacadırsa və məni izləyən azdırsa, niyə sənin tərəfdarların bundan qorxur, Əli bəy? Niyə mən səhərdən axşama qədər onların söyüşlərini təmizləməliyəm? Bunlar sənin tərəfdarlarındır. Əli bəy, birmənalı təlimat verin ki, mediaya basqı etmək olmaz, onları çəkindirin. Siz müstəqil media tərəfindən heç də rəğbət qazanmırsınız. Özünüzə lider deyirsinizsə, liderlik edin. Mən nə “CNN” kanalı deyiləm, nə də “Osmanqızı TV”. Nədən qorxurlar sizin ardınızca gedən bu məxluqlar? Məndə qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, necə cəmiyyət quracaqsınız? Siz hələ müxalifətdəsiniz, görün tərəfdarlarınız nə edir? İqtidara gəlsəniz, jurnalistlərin başına nə oyun açacaqsınız? Budur sizin Azərbaycana dair gələcək vizyonunuz? Mən Azərbaycanda yaşayanda sizin partiyanıza səs vermişəm. Mən inanmırdım ki, müxalifət məni belə alçaq hərəkətlə vuracaq. Siz utanmırsız? Sizə pozitiv yanaşan adamı özünüzə qarşı yönəldirsiniz. Sizin tərəfdarlarınız özünə çoban axtaran bir sürüdür. Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz? Siz özünüzə hansı haqqı tanıyırsız ki, müstəqil mediaya söz atırsız? Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim. Heç kimdən də üzr istəmirəm. Bisavad sürüsüz, söyüşü belə düzgün yaza bilmirsiniz”.

Cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər

Görünən odur ki, Ə.Kərimli və onun trol dəstəsi nəinki cəmiyyət üçün öz ətrafına topladığı partiyadaşları üçün belə ciddi problemə çevrilməkdədir. Onu haqlı tənqid edənlərə hədəfə çevrilir və təhqir olunurlar. Bu baxımdan, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan siyasətində söyüşün başında Ə.Kərimli dayanır: “"Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də, cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 24 ildən artıqdır ki, bu proses gedir. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər".

ADP sədri Sərdar Cəlaloğlu da Ə.Kərimlini siyasətin üz qarası kimi xarakterizə edib: "Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. Müxalifətin bu günə düşməsinin baiskarı Ə.Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Demişdi ki, adım satqın kimi çıxdığına görə, sən bütün qüvvələrin İ.Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İ.Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bax, sən busan".

Bir sözlə, mövcud reallıq ondan ibarətdir ki, Ə.Kərimli siyasətdə olduğunu nümayiş etdirdikcə AXCP -də təlatümlər səngiməyəcək. Hətta səhv, yanlış siyasət bu partiyanı növbəti dəfə parçalanma ilə üz-üzə qoyacağı şübhəsizdir. Ən azı AXCP-nin hansısa digər partiyaya birləşəcəyi ehtimalda yüksəkdir. Yəni proseslər qeyd etdiyim istiqamətdə inkişaf etməkdədir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə