2022-ci ilin “Şuşa İli” elan edilməsi bir neçə aspektdən xüsusi önəm daşıyır - DEPUTAT MÖVQE BİLDİRDİ
"Hesab edirəm ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir neçə aspektdən xüsusi önəm daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Şuşanı işğaldan azad etdikdən sonra burada qısa müddətdə böyük abadlıq və quruculuq işləri aparıldı. Artıq Şuşada Gövhər Ağa məscidi bərpa olunub, Vaqifin məqbərəsi, Bülbülün ev müzeyi bərpa olunub. Şuşa artıq yeni bir dövrə qədəm qoyub və özünün inkişaf dövrünü yaşayır.
Ceyhun Məmmədov bu barədə fikirlərini belə izah edib: "“Şuşa İli”nin elan olunması həm Şuşanın barbarcasına ermənilər tərəfindən dağıdılmasına dünya ictimaiyyətinin diqqətinin yönəldilməsi, eyni zamanda Şuşanın qədim şəhərimiz olması ilə bağlı təbliğatımıza öz ciddi töhfəsini verəcək. Ümumiyyətlə, Azərbaycanın ürəyi Şuşa ilə döyünür. Həm də nəzərə almaq lazımdır ki, bu il Şuşanın Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270 ili tamam olur. 270 ildir ki, Şuşanın təməli qoyulub. Şuşa Azərbaycanın ayrılmaz hissəsidir. Hesab edirəm ki, bunlar “Şuşa İli" elan olunmasında əhəmiyyətli rol oynayır. Cənab Prezident özü təkcə 7 dəfə Şuşaya səfər edərək orada həyata keçirilən qurculuq, abadlıq işləri ilə tanış olub. Bu da onu göstərir ki, cənab Prezident özü bütün bu prosesləri xüsusi diqqət və nəzarətdə saxlayır. Bu bir daha Şuşanın Azərbaycanın qədim Azərbaycan şəhəri olmasının və Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamasının mühüm göstəricilərindən biridir. “Şuşa İli” vəsiləsi ilə biz Şuşada daha çox tədbirlərin və böyük festivalların keçiriləcəyinin şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB